vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
01:47 | 23 iyun 2022 | Cümə axşamı Məqaləyə 4305 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Goranboydan sel keçib

Ən çox ziyan Ağcakənd qəsəbəsinə dəyib

MÖVZU İLƏ ƏLAQƏLİ

İyunun 22-də yağan leysan Goranboy rayonunda güclü selə səbəb olub və yaşayış məntəqələrinə ziyan vurub.

Yerli sakinlərin bildirməsinə görə, ən çox ziyan Ağcakənd qəsəbəsinə dəyib. Orada selin bir sıra tikililəri dağıtdığı, yaşayış binalarına ziyan vurduğu bildirilir.

İlkin məlumatlara görə, insanlar xəsarət almayıb. Əsasən ev heyvanları tələf olub, bir sıra yardımçı tikililər dağılıb. “Yollar yuyulub, elektrik dirəkləri sökülüb”, – sakinlər qeyd edib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hazırda dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.