vaxtlı-vaxtında oxuyun! Bazar, 12 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
15:55 | 29 iyun 2022 | Çərşənbə Məqaləyə 778 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Paşinyanın savaş əzabı

Erməni cəmiyyətini müharibəylə qorxudan baş nazir məğlubiyyətini xatırlamaq belə istəmir

ELXAN

Ermənistanın bir qrup eksperti hesab edir ki, baş nazir Nikol Paşinyan son müsahibəsində “Azərbaycan müharibəyə hazırlaşır” cümləsiylə erməni cəmiyyətini güzəştlərə hazırlamaq istəyib. Yəni Paşinyan erməni cəmiyyətinə demək istəyib ki, bəzi addımlar atılmasa Azərbaycan müharibəyə başlayacaq. Paşinyanın Laçın və ətraf kəndlərin boşaldılmasıyla bağlı cümləsi bununla əlaqələndirilir. Ancaq Laçının və ətraf kəndlərin boşaldılması Paşinyanın güzəşti deyil. O, sadəcə 2020-ci il 10 noyabr bəyanatını yerinə yetirir və Laçının ətraf kəndləri ilə bərabər boşaldılacağı erməni cəmiyyətinə əvvəlcədən bəlli idi.

Nikol Paşinyanın müsahibəsində Minsk Qrupunu diriltməyə çalışacağını vurğulaması, sərhəd məsələsini həll etməyə və sülh sazişini imzalamağa həvəsinin olmadığını, Zəngəzur dəhlizinə müqavimətini davam etdirəcəyini söyləməsinə diqqət yetirmək lazımdır. Paşinyan bir tərəfdən cəmiyyətini yeni müharibə ilə qorxutmağa çalışır, digər tərəfdən İkinci Qarabağ müharibəsinin ölkəsi və milləti üçün ağır nəticələrini unutmağa çalışır. Əks halda razılaşdırılan məsələlərin həllini uzatmazdı. Fikrimcə, problemin kökü bundadır.