Hərənin öz marağı var
İki ölkə başçısının 13 ildən sonrakı ilk təması
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Aİ-dən “Dəmir Pərdə” xəbərdarlığı...
Çarlz Mişelin Türkiyə ilə bağlı açıqlaması dünyanın gündəminə damğa vurdu
-
“Türkiyənin Rusiyadan başqa prioritetləri var”
ABŞ mediası: “NATO mümkün müharibəyə hazırlaşarkən daxili problemlərlə mübarizə aparır”
-
Türkiyənin namizədi bəlli oldu
NATO Stoltenberqin varisini müəyyən etməyə tələsir
-
“S-400”ə qarşı “Brahmos”
Yunanlar tüfəngin qarşısını sapandla almaq istəyir
-
... Avropanın ilk beşliyində
Milyarderlər məskəni, sevimli-əziz şəhər ...
-
Üç Türk lider bölgənin iqtisadi xəritəsini dəyişir
ABŞ-ın narazı qaldığı məqam
-
Dövlət Departamentindən “F-16” izahı
“Heç bir müttəfiqimiz Türkiyə qədər öz torpaqlarında terrora məruz qalmır”
-
“F-16”lar üçün yaşıl işıq
Yunan və erməni lobbisinin əziyyətləri özlərinə qaldı
-
Ən azı 20 tanker gözləyir
Gəmilər Türkiyənin ərazi sularında tıxac yaradıb
-
Qardaş yumruğu və mollaların bədbəxtliyi...
Ayətullahlar sovetin qoca Politbüro üzvləri kimi eyni durum, eyni “ssenari” ilə üzləşib
-
Tehran “F-16”ları gördü
Qırıcılarının təlimlərə cəlb edilməsi Əliyevin toxunduğu məqamı aktuallaşdırdı
-
“Dostlara güc, düşmənə qorxu”
Hərbi təlimlər Güney azərbaycanlıları öz haqları uğrunda mübarizəyə həvəsləndirir
-
“Bir gecə, qəfildən ...”
Xarici işlər naziri Çavuşoğludan Yunanıstana sərt reaksiya: “Geri addım atmasa, lazım olanı edəcəyik”
-
524 gəmi, 13 milyon ton taxıl
Almaniyanın məşhur qəzeti Ərdoğanı göylərə qaldırdı ...
-
“Hara getsək arxamızca qaçır”
“Çavuşoğlu Dendiası ələ saldı” başlığını manşet edən yunan mətbuatı Akarın Bakı səfərindən də yazıb
-
“Özünü qorumaq haqqı var”
İsveç baş nazirinin keçmiş millət vəkilinə Türkiyə cavabı
Ərdoğanla Paşinyan ilk dəfə telefon danışığı həyata keçirdi: bu, qalmaqallı Sürix protokollarından sonra Türkiyə və Ermənistan liderlərinin ilk rəsmi təmasıdır və 13 il öncəkindən fərqli olaraq, indi münasibətlər Bakının maraqları-istəkləri fonunda baş tutur.
Ankara-İrəvan münasibətlərinin normallaşmasında hər kəsin öz marağı var:
– Ermənistan Türkiyə-Qərb bazarına çıxış əldə etmək, Rusiya qarşısında ən azı iqtisadi platforma olaraq alternativ qazanmaq, “dalan ölkə” olmaqdan çıxmaq istəyir;
– Ankara qondarma “erməni soyqırımı” kartını tamamilə sıradan çıxarmaq, Cənubi Qafqazda təsir imkanlarını genişləndirmək istəyir;
– Bakı postmünaqişə dövrünün gündəliyinin – ermənilərin ərazi iddialarından əl çəkməsi, münasibətlərin normallaşması, sülh sazişinin imzalanması və s. – tamamilə reallaşmasını, Ermənistana Türkiyə, dolayısı ilə həm də Azərbaycan təsirinin ayaq açmasını istəyir.
Bu perspektivə həm Qərb, həm də Rusiya paralel şəkildə mane olub, lakin indi regionun dəyişən gündəliyi, daha doğrusu, tarazlığın müharibədən sonrakı vəziyyətə qaytarılmaq istəyi müəyyən gözləntilər yaradır.
Birincisi, Ankara-İrəvan xəttində münasibətlərin normallaşması prosesində Moskva da iştirakçıdır: Paşinyan Putindən Ərdoğanla danışmaq üçün icazə istəmişdi (erməni mediasının məlumatı), Ərdoğan Paşinyanla danışdıqdan sonra Putinlə də danışdı;
İkincisi, Qərbin (Aİ, yaxud ABŞ-ın) prosesdə iştirakı və müdaxilə imkanının zəiflədiyi, yaxud arxa plana keçirildiyi müşahidə olunur: Lavrovun Ankara-İrəvan-Tehran-Bakı marşrutu üzrə çıxdığı səfərindən sonra regionda Türkiyə və Rusiyanın ikili fəaliyyətinin önə çıxmasına dair anlaşmanın olması istisna deyil;
Normallaşma perspektivinə mane ola biləcək qüvvələrdən biri (Qərb) müəyyən qədər kənarlaşır, digəri (Rusiya) iştirakçıya çevrilir.
Rusiya “3+3” formatının qurulmasından yanadır, Türkiyənin, həm də Azərbaycanın da marağında olan bu formatın mümkünlüyü yenidən gündəmdədir. Və bu bizə imkan verir ki:
– 10 noyabr razılaşmasının bəndləri icra edilsin;
– Zəngəzur dəhlizi “dəhliz məntiqi” ilə açılsın: “dəhliz məntiqi” yola nəzarət baxımından Rusiyanın da marağındadır;
– Sülh sazişinin imzalanması şərtləri yetişsin.
“3+3” formatının yaranması perspektivi bunlardan, xüsusilə Ermənistanın Türkiyə və Azərbaycana qarşı ərazi iddialarına son qoymasından asılıdır. Lakin bu şərtlərin necə yetişdiriləcəyi hələ də sual altındadır: danışıqlarla, yoxsa razılaşmağa məcbur edəcək hərbi addımlarla?!