vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ELM-TEXNİKA  
09:46 | 13 iyul 2022 | Çərşənbə Məqaləyə 2196 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyaya Marsda da sanksiya

Avropa Kosmik Agentliyi “Roskosmos”la əməkdaşlığına son qoyub

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Kosmik Agentliyi (AKA) “ExoMars 2022” proqramı çərçivəsində Rusiyanın Kosmik Fəaliyyətlər üzrə Dövlət Korporasiyası - “Roskosmos” ilə əvvəllər dayandırılmış əməkdaşlığa tamamilə son qoyub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə agentliyin baş direktoru Yozef Aşbaxer bildirib.

AKA İdarə Heyəti “ExoMars 2022” missiyasının rover (başqa planetin və ya göy cisminin səthində hərəkət etmək üçün nəzərdə tutulmuş kosmik cihaz) və eniş platformasının taleyini müzakirə edərək Ukraynadakı vəziyyət və sanksiyalarla bağlı mövcud şəraitdə layihə üzrə “Roskosmos” ilə gələcək əməkdaşlığın rəsmən dayandırıldığını etiraf edib.

Y.Aşbaxer qeyd edib ki, AKA iyulun 20-də artıq digər tərəfdaşlarla gələcək fəaliyyət üçün yeni ideyalar təqdim edəcək.