vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
ƏTRİYYAT  
01:01 | 22 oktyabr 2013 | Çərşənbə axşamı Məqaləyə 10930 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qara paltara uyğun makiyaj

Kölgəli göz makiyajı, ehtiraslı dodaqlar…

xanim.net

MÖVZU İLƏ ƏLAQƏLİ

Xüsusi dəvətlərdə xanımların əksəriyyətinin üstünlük verdiyi geyim məhz qara donlardır. Qara donlar gecə ziyafətləri və gündəlik geyim seçimləri sırasında ilk yerdə durur. Qapqara geyindikdə göz oxşayan görünmək üçün bəzi məsləhətlərə əməl etmək gərəkdir.

Qara paltarlara ən uyğun bu mövsümdə dəbdə olan yaşıl makiyajdır. Bir az da qızılı tonlardan istifadə etsəniz daha parlaq və cəlbedici görünərsiniz.
Hər dəfə qara don geyindikdə dodaqlarınıza xüsusi diqqət verməlisiniz. Qırmızı dodaqlar hər kəsin sevimli rəngidir. Amma qırmızı dodaq boyanızı seçərkən dərinizin rəngini də nəzərə alın.
Qızılı rəng mövsümün dəbli rəngləri sırasındadır. Gözlərinizdə qızılı ton və əyninizdə qara don sizi getdiyiniz ziyafət gecəsində hər kəsdən fərqləndirəcək.
Sadə makiyaj seçmək arzusunda olanlar isə gözlərini eyelinerlə cəlb edə bilərlər və beləcə, diqqətləri gözlər çəkəcək. Ancelina Colinin gözoxşayan eyeliner-li gözlərinə baxaraq bunu özünüzə də tətbiq edə bilərsiniz.
Qara paltarlarla yaraşan digər ten rəngi bənövşəyidir. Bu makiyaj sizi daha gözəl göstərmək qabiliyyətindədir.
Çılğın makiyaj istəyirsinizsə gümüşü eyeliner və karandaşla bunu həyata həyata keçirə bilərsiniz.
Son olaraq, asan və qısa zamanda makiyaj etmək üçün qaraya çox yaraşan qırmızıdan istifadə edin. Qırmızı dodaq boyası qara geyiminizlə həmahənglik yaradacaq.