vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AVTO  
11:57 | 26 iyul 2019 | Cümə Məqaləyə 19647 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Lada” moda minir?

Rusiyada ƏDV-nin qiymətlərə təsiri avtomobillərin satışında özünü göstərəcək

Avqustun 1-dən etibarən Azərbaycanda “Lada” avtomobillərinin qiyməti artırılacaq. Bu barədə “APA-Economics”ə Rusiyanın “AvtoVAZ” ASC-nin Azərbaycandakı baş idxalçısı və rəsmi distributoru olan “Xəzər-Lada” şirkətindən bildirilib.

“Rusiyanın avtomobil istehsalçısı avqustun 1-dən etibarən bütün avtomobil modellərinin qiymətini təxminən 1 faiz artıracaq. “AvtoVAZ” bu barədə bütün diler və distributorlarını artıq xəbərdar edib. Qiymət artımı satışda olan bütün avtomobil modellərini əhatə edəcək”, - deyə “Xəzər-Lada”dan bildirilib.

Qeyd edək ki, bu, cari il ərzində “AvtoVAZ”ın sayca üçüncü qiymət artımıdır. Belə ki, Rusiyada ƏDV-nin 2 faiz bəndi artırılması ilə əlaqədar bu ilin əvvəlindən şirkət bütün modellərin qiymətini orta hesabla 2,5-3 faiz qaldırmışdı. Daha sonra, iyulun 1-dən etibarən “AvtoVAZ” şirkəti “Lada Vesta” və “Lada Granta” modellərinin (“Cross” versiyası istisna olmaqla) qiymətlərini təxminən 5 min rubl artırıb.

Xatırladaq ki, hazırda “Xəzər-Lada” Azərbaycandakı müştərilərinə “Lada Vesta” (20,2-23,5 min manat), “Lada Granta” (16,4-17,9 min manat), “Lada Xray” (22,2-23,6 min manat) və “Lada 4x4” (14,5-17,5 min manat) modellərini təklif edir.