vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 16 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
GÜNEY  
12:27 | 15 iyul 2022 | Cümə Məqaləyə 669 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fəallar urmiyalı məhbusun ailəsi ilə görüşüb

Rejim qaraciyərindən əməliyyat olunan, hepatitdən əziyyət çəkən Valeh Zamaninin dərmanlarını belə vermir

CAVİDAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Tehranda yaşayan bir qrup mədəni və ictimai fəal Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərindən olan və hazırda Evin zindanında saxlanılan işçi hərəkatı fəalı Valeh Zamaninin ailəsi ilə görüşüblər.

Fəallar Valeh Zamani və başqa işçi hərəkatı fəalları və müəllimlərin həbsi barədə danışıb, onların qondarma ittihamlarla həbs edildiklərini və işgəncələrə məruz qaldıqlarını bildiriblər.

Qeyd edək ki, Tehranda yaşayan azərbaycanlı işçi hərəkatı fəalı Valeh Zamani mayın 30-da İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb, üç gün dindirildikdən sonra Tehranın Evin zindanının 240-cı bölməsinə köçürülüb.

O, bir neçə xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq təkadamlıq kamerada saxlanılır, müalicəsinə və dərmanlarının əldə edilməsinə icazə verilmir.

Bununla bağlı Valeh Zamaninin anası Fəridə Məhəmmədi ictimaiyyətə və insan haqları təşkilatlarına müraciət edib.

Fəridə Məhəmmədi oğlunun həyatının təhlükədə olduğunu deyib və onun azad olunmasına yardım etmələrini istəyib.

O, yaydığı müraciətdə oğlunun kəskin qaraciyər xəstəliyi və hepatitdən əziyyət çəkdiyini, ciddi müalicə və dərmanlardan istifadəyə ehtiyacı olduğunu bildirib.

Fəridə Məhəmmədi bildirib ki, Valeh Zamani bundan bir müddət öncə cərrahi əməliyyat olunduğu üçün davamlı dərman qəbul etməli və həkim nəzarətində saxlanılmalıdır.