vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 14 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
GÜNDƏM  
20:57 | 5 oktyabr 2022 | Çərşənbə Məqaləyə 1151 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Sülh gündəliyinə sadiqəm”

Ermənistan baş naziri Sərkisyanla Nalbəndyanı günahlandırıb

MÖVZU İLƏ ƏLAQƏLİ

“Mən sülh gündəliyinə sadiq olduğumuzu təsdiqləyirəm”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamendə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sülh gündəliyinin konkret düstur üzrə həyata keçirilməsi ilə bağlı məsuliyyəti öz üzərinə götürür. N.Paşinyan həmin düsturu əvvəlki müsahibəsində açıqladığını deyib.

Qeyd edək ki, Paşinyan daha əvvəl Ermənistanın İctimai Televiziyasına müsahibəsində Azərbaycanla tezliklə sülh müqaviləsinin imzalanmasının tərəfdarı olduğunu bildirib. Onun fikrincə, yalnız bu halda regionda sülhün bərqərar olması mümkün olacaq.

Nikol Paşinyan 44 günlük müharibədəki kapitulyasiyaya görə keçmiş prezidentləri günahlandırıb.

O, keçmiş prezident Robert Koçaryanın hakimiyyəti dövründə o vaxtkı xarici işlər naziri Vardan Oskanyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bildirib.

“Ermənistan Madrid prinsiplərini qəbul etməklə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımışdı”, – N.Paşinyan deyib.

Baş nazir həmçinin keçmiş prezident Serj Sərkisyanı və sabiq xarici işlər naziri Edvard Nalbəndyanı da günahlandırıb: “Kimsə günahı mövcud hakimiyyətin üzərinə atmağa çalışmamalıdır”.