Qəhrəman oğru ...
Ev-həbsindən xilaskarlığa gedən yol
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Haşdi Şabi”ni kim vurub?
Partlayış səsləri bu dəfə İraqdan gəldi
-
Tehran-İsfahan-Məşhəd arasında “gəzinti”
Zahidinin ölümündən əvvəlki səyahət marşrutu suallar yaradıb
-
İsrail Livanla savaşa hazırlaşır?
Müdafiə naziri daha bir müharibənin anonsunu verib
-
İsrailə PUA hücumu
24 saat ərzində ikinci hadisə
-
İki general öldürüldü
İsrail İranın Dəməşqdəki konsulluğunu vurdu, Tehranda nümayişlər
-
İsrailin Hələbə hücumu
Onlarla rejim və Hizbullah yaraqlısı öldürülüb
-
Şeytanın cənnətə girmək duası ...
Netanyahu hökumətində “Müsəlman Qardaşlar Hərəkatı”na yer yoxdur
-
Aİ İsrail polisi ilə əməkdaşlığı dondurur
Netanyahunun qurduğu koalisiya qoca qitəni narahat edir
-
Eyni ritorika ...
Ermənistana dəstək, İsraili lənətləmək və Azərbaycanı hədələmək
-
İsrail “Həmas”ı vurdu
Terrorçuların raket emalatxanası və tuneli bombalanıb
-
Libermandan “Netflix”ə təpki
“İsrail əsgərlərinə qarşı təxribat xarakterli və yalanlarla dolu ...”
-
İrana hücum məşq edilir
İsrail və ABŞ İranın nüvə obyektlərinə zərbə ssenarisinin üzərində işləyir
-
İsrail aviasiyası Suriyanı vurdu
Növbəti hücum zamanı 4 əsgər həlak olub
-
Müharibə olacaq?
İsrail İrana qarşı savaşda qərarlıdır
-
İrana qarşı müharibə hazırlığı
İsrailli general ABŞ-da güc strukturu rəsmiləri ilə görüşür
-
Tehran Bakıyla gərginlikdən nə qazandı?
İrana düşmən olanların Azərbaycana diqqəti artdı
İsraildə Motti Aşkenazi deyilən bir oğru varmış. Adam həm də narkomanmış. Dəfələrlə həbs olunur. 1997-ci ildə keçirilən sonuncu məhkəmədə xırda oğurluq üstündə tutulan Mottiyə ev həbsi cəzası verilir.
Motti ev həbsinin qaydalarını pozur. Dəniz sahilində gəzməyə çıxır. Həmin gün tədris ilinin son günü imiş, uşaqların çoxu məktəbdən çıxıb, özünü birbaşa dənizə veribmiş. Çimərlik başdan-ayağa portfellərlə, sahibsiz çantalarla dolu imiş.
Motti də istəyir ki, bir balaca, əliuzunluq eləsin. Gözünə yekə, bahalı bir çanta sataşır. Baxır yaxında heç kim yoxdur, hamı dənizdə. Əlini atır çantanın içinə ki, tez pulqabını götürüb, aradan çıxsın. Qəfildən əlinə çoxlu mismar batır. Açır çantanı, ətrafında məftillər dolaşmış böyük bir qutunun içərisində bomba görür. Ətrafda isə yüzlərlə uşaq var.
Motti çantanı götürüb, qaçmağa başlayır. Qeul küçəsində gözünə dəyən ilk boş yarımtikiliyə girir, çantanı ora atır. Sonra telefon köşkünə tərəf qaçıb polisə zəng edir: ”Danışan Motti Aşkinazidir. Mən bomba tapmışam. Təcili minaaxtaranlar lazımdır”. Polislər məlumat bazasından Mottinin adını tapıb kim olduğunu müəyyən edirlər. Ona məsləhət verirlər ki, narkotikdən istifadə eləməsin: “Özün də get evinə. Ev həbsini pozmağın cəriməsi ağırdır”, – deyib dəstəyi asırlar.
Çarəsiz qalan Motti yenə qaçır Qeul küçəsindəki yarımçıq tikiliyə. Qışqıra-qışqıra ətrafdakı zibil konteynerlərlə maşın yolunu bağlayır. Hamı dəyir bir-birinə. Polis gəlib Mottini həbs edir. Hər ehtimala qarşı bomba xəbərinin yoxlamaq qərarına gəlirlər. Məlum olur ki, yarımtikilinin içərisində nəhəng bir ərazini məhv etməyə qadir 5 kq ağırlığında partlayıcısı olan və mismarlara bürünmüş bomba var. Bütün küçə bağlanır və təcili çağırılan minaaxtaran qrup partlayıcını zərərsizləşdrir. Sonradan müəyyən olunur ki, həmin bombanı çimərliyə 3 ay əvvəl Tel-Əvivdəki “Apropo” kafesini partladan terrorçu gətiribmiş.
Hadisədən sonra Motti Aşkinazi İsrailin qəhrəmanına çevrilir. Bütün ölkə ondan danışır, qəzet və televiziyalar reportajlar üçün növbəyə yazılır. Müsahibələrdən birində “Niyə o bombanı götürüb qaçırdın, əlində bomba ilə tutulsaydın, heç kimi inandıra bilməzdin ki, sən onu tapmısan” sualına Motti möhtəşəm cavabı verir: “O sahildə yüzlərlə yəhudi uşağı vardı. Onlara heç nə olmasın, mən otuz il də artıq həbs yatardım”.
Məhkəmə qərarı ilə Motinin üzərindəki ittiham qalxır və ev həbsi ləğv edilir, özünə də sahilboyu nəzarətçi kimi işə götürürlər.
Bu günlərdə həmin qəhrəmanın 50 yaşı tamam olub. 5 uşaq atası olan M.Aşkenazi hazırda Tel-Əviv sahil güvənliyi müfəttişidir. O oğrularla mübarizə aparır və sahildəki əşyalara qarşı aşırı diqqətcildir.