vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
GÜNDƏM  
11:32 | 1 aprel 2014 | Çərşənbə axşamı Məqaləyə 2240 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Baş nazir kim olsun?»

Ərdoğan prezident olarsa ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Seçkilərin uğurlu nəticəsi Ərdoğanın Prezident Sarayına gedən yolunu açıb. Avropa.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, baş nazirin prezident olmaq üçün hazırlandığı xəbəri kulislərin əsas mövzusu olub.

Prezidentliyə namizədliyini verib verməyəcəyi suallarına Ərdoğan 30 martdan sonranı işarə edirdi. Bələdiyyə seçkilərindəki uğurlu nəticə onun prezident olacağı və vaxtından əvvəl seçkilərə gedəcəyi iddialarına yol açıb. Ərdoğanın bundan sonrakı yol xəritəsi prezident binasını göstərir.

Ərdoğan prezidentliyə namizəd olsa baş nazirin kim olacağı maraq doğurur. Digər tərəfdən Abdullah Gülün baş nazir olmaq istəyib-istəməməsi, 3 müddət seçilmə haqqının dəyişib-dəyişməyəcəyi diqqət mərkəzindədir. 

AKP kulislərində prezident namizədliyi üçün Ərdoğanla Gülün yaxın zamanda görüşəcəkləri deyilir. Ərdoğanın namizəd olarsa bu dəfə diqqətlər Gülün üstündə cəmləşəcək. Kulislərdə Ərdoğan prezident namizədi olarsa AKP-nin başına Gülün keçəcəyi vurğulanır.

Gülün yenə də prezident və baş nazir olmaq istəməməsi ehtimalı da var. Ərdoğan prezident olarsa baş nazir üçün bir çox adlar işarələnir.

Bu adlar arasında baş nazirin müavinləri Ali Babacan və Bülent Arınç, Əhməd Davudoğlu, Binalı Yıldırım, Numan Kurtulmuş, Mehmet Ali Şahin adları çəkilir.