vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 8 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
REGİON  
16:59 | 25 noyabr 2022 | Cümə Məqaləyə 627 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İran silkələyən sorğu

Hər dörd nəfərdən 3-ü nə hicab istəyir, nə də şəriət qanunları

MÖVZU İLƏ ƏLAQƏLİ

GAMAAN qrupunun 2020-ci ildə dinlə bağlı keçirdiyi sorğu İranda sekulyarizmin formalaşdığını təsdiqləyir.

Sorğuda iştirak edənlərin 90 faizindən çoxu dindar ailələrdə və ya dini ayinlərlə məşğul olan ailələrdə böyüdüklərini desələr də, təxminən yarısı həyatları boyu sekulyarlaşıb.

Respondentlərin 72 faizi məcburi hicaba açıq şəkildə qarşı olduqlarını bildiriblər.

Kənd yerlərində yaşayanlar da daxil olmaqla, 50 yaşdan yuxarı ali təhsili olmayan kişilər də məcburi hicaba qarşıdır.

Rəyi soruşulanların 23 faizi hicabın dini rolunu vurğulasa da, 57 faizi hicab taxmaq üçün dini inanclarının olmadığını bildirib.

Bu cür dünyəliviliyə yönəlmə İran qadınlarının indiki ümumxalq etirazlar zamanı niyə ictimai yerlərdə hicabı yandırdığını və İslam Respublikasının mahiyyətinə qarşı şüarlar səsləndirdiyini anlamağa kömək edir.

İran qadınları üçün hicab İslam Respublikasının əl işi olan “Berlin divarıdır”.