Növbə Kubaya çatdı?
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
22:47 | 26 iyun 2019 | Çərşənbə
Məqaləyə 3174 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
... Padşahı yatağında oğurlanan neft ölkəsinin hekayəti
... Və ya klanların “taxt oyunları”
Venesuela prezidentinin verdiyi bəyanatlar və atdığı addımlar yalnız görüntü olub
ABŞ prezidenti bankirlə quda olur
Alim araşdırmasında təhlükəli nəticələr əldə etdi
Dövlət Departamentindən Venesuela diktatoruna zərbə
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Birliyə üzv üç ölkənin Cənubi Amerika sahillərində adaları var
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
“Moody’s” reytinqi endirdi
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
ABŞ İsrailə beşinci nəsil “F-22” “Raptor” çoxməqsədli qırıcıları və “B-52” zərbə bombardmançısı verəcək ki, İranın hərbi-hava qüvvələrinin onlara qarşı qoya biləcəyi heç nə yoxdur.
Virtualaz.org “The National Interest” nəşrinə istinadən xəbər verir ki, adəti üzrə İsrail ABŞ-dan istənilən silah və sursatı sərfəli şərtlərlə alır. Lakin özünü silahla təchiz etmək zərurəti ilə yanaşı, Tel-Əviv büdcə pullarını da ehtiyatla xərcləməlidir.
“F-22”nin ixracına qadağa İsrail hökuməti ilə birgə hazırlansa da, Vaşinqton belə qərara gəlib ki, həmin qırıcıları Tel-Əvivə məhdudiyyətsiz sata bilər.
Tarixən belə formalaşıb ki, İsrail yerüstü zərbələr endirə bilən təyyarələrə üstünlük verir, lakin “Raptor”un buna kifayət edəcək texniki imkanları yoxdur. O zaman İsrailin Müdafiə ordusu “F-15” qırıcılarını alıb və onları modernləşdirərək, çoxməqsədli bombardmançılara çevirib.
İranla qarşıdurma göstərir ki, HHQ uzaq məsafələrə zərbə endirmək tapşırığı ala bilər və belə olarsa, “B-52” ağır bombardmançıları köməyə gələcək.
Eyni zamanda, İsrailin ixtiyarında olan “F-15” və “F-16” qırıcıları əlavə yanacaq doldurulduğu halda İrandakı mövqeləri vura bilərlər, lakin məsafənin böyüklüyü onları pis vəziyyətdə qoyur. Bu səbəbdən də, düşmənin müdafiə etdiyi hava məkanına daxil olmaq üçün “B-21” uzaq məsafəli bombardmançı İsrail HHQ üçün cəlbedici variant ola bilər.
Bundan əlavə, İsrail bunkerlər əleyhinə özü nişan alan MOP raketlərinin alışında maraqlıdır ki, İranın gizli silah anbarlarını məhv edə bilsin. İsrail 10 ildir ki, bu silahı gözləyir, ABŞ isə hələ də bu cür raketləri israillilərə satmaqdan imtina edir.
Bu silahla bağlı əsas problem ondadır ki, İsrail ordusunun həmin raketləri hədəfə çatdırmaq üçün vasitələri yoxdur. Bundan əlavə, İsrailin İrana hava zərbəsi endirməsi ehtimalı ABŞ-ı elə də çox sevindirmir, çünki bu addım Yaxın Şərqdəki kövrək balansı poza bilər. Lakin Ağ Evin xarici siyasətindəki dəyişikliklər həmin qadağanın da aradan qaldırılmasına gətirib çıxara bilər.