vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 20 noyabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9377 AZN
1 Rusiya rublu 1 RUB = 0.0257 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1803 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3178 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
GÜNDƏM  
20:37 | 20 avqust 2018 | Bazar ertəsi Məqaləyə 646 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Bu nəticələr bizə zərbədir”

Xəzərlə bağlı razılaşma Ermənistanda qorxu yaratdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın enerji sahəsində tanınmış eksperti Vaqe Davtyan Xəzər dənizi Konvensiyasının ölkəsinə verəcəyi zərərlər barədə danışıb.

Ermənistan mətbuatı xəbər verir ki, Davtyan verdiyi müsahibədə bu müqavilənin Ermənistanı həm hərbi-siyasi, həm də iqtisadi cəhətdən pis vəziyyətdə qoyduğunu bildirib.

Müqavilənin təhlükəsizlik baxımından İran və Rusiyaya sərf etdiyini qeyd edən ekspert bunun Ermənistan üçün fəsadsız keçinməyəcəyinə diqqət çəkib.

Onun sözlərinə görə, Konvensiyanın Xəzərdə xəzəryanı ölkələrdən başqa digər ölkələrin hərbi fəaliyyətinə icazə verməməsi Rusiyanın regionda mövqeyini möhkəmləndirir. Nəticədə Xəzərdə ən güclü donanma saxlamaq gücünə malik Rusiya regionda söz sahibi olur. Beləliklə , həm Qara dənizdə, həm də Xəzərdə möhkəmlənən Rusiya üçün Ermənistanın strateji marağı azalır. Həmçinin bununla Ermənistana təzyiqlərin də arta biləcəyi məsələsi gündəmə gəlir.

Davtyanın sözlərinə görə bununla Rusiya regiondakı enerji layihələrinə təsir gücü əldə edir.

“Burada Avropaya enerji vasitələrinin ötürülməsi üçün nəzərdə tutulmuş, Türkmənistanı Xəzər dənizi vasitəsilə Azərbaycanla birləşdirəcək Transxəzər layihəsi məsələsi ortaya çıxır. Bu məsələ həmçinin layihəyə qoşulmaq istəyən Qazaxıstan və Avropanı əsas enerji bazarı kimi görən İranın da maraqlarına ziddir.

Xatırladaq ki, Rusiyanın Avropaya enerji vasitələri ilə təsir etməsinə əsas rəqib qüvvə Azərbaycanın həyata keçirdiyi layihələr idi. Bu layihələrlə Avropa alternativ enerji qaynağı əldə edirdi.

Bu konvensiyanın rəqib kimi Azərbaycanın mövqelərini möhkəmləndirdiyinə də diqqət çəkən erməni ekspert, bununla Azərbaycan-Rusiya əlaqələrinin gələcək inkişafının Ermənistan üçün pis nəticələnə biləcəyini vurğulayıb.  Bu nəticələrin isə əsasən iqtisadi cəhətdən Ermənistana ciddi zərbə olacağını qeyd edib.

Çünki bu konvensiya sayəsində Azərbaycanın İranla da əlaqələrini mökənləndirdiyini bildirib. Beləliklə İran mallarının Rusiyaya ötürülməsi üçün potensial keçid olan Ermənistan koridoru öz əhəmiyyətini itirir.

Buna artıq Şimal-Cənub ticarət əlaqələri üçün Azərbaycandan keçən dəmir yollarının əhəmiyyətinin artması və müzakirələr aparılması məsələsi sübut ola bilər. Bunun sayəsində Ermənistan Şimal-Cənub dəhlizindən kənarda qalacaq.

Davtyan həmçinin Azərbaycanla İranın enerji sahəsindəki əməkdaşlığının artdığına diqqət çəkib. Avropa enerji xəttinə qoşulmaq istəyən İranın bunun üçün Azərbaycanı seçməsi daha yaxşı variant kimi görünür. Burada Rusiyaya idxal üçün nəzərdə tutulan və tikilişi gedən İran-Ermənistan-Gürcüstan-Rusiya enerji dəhlizi artıq sual altına düşür.

Ekspert 2018-ci ilin yanvar ayından Bakı, Tehran və Rusiya bu logistik marşrutun Azərbaycan vasitəsilə həyata keçirilməsi ilə bağlı rəsmi məsləhətləşmələr təşkil edildiyini söyləyib.

“Bildiyimiz kimi, İran yaxın vaxtlarda Azərbaycandan elektrik enerjisi idxalına başlayıb. Eyni zamanda o, Ermənistanla barter müqaviləsi üzrə enerji transferinin tələb olunmadığını bəyan edərək bu enerjinin Gürcüstana ixrac ediləcəyini qeyd edib”, – ekspert bildirib.

Ekspert həmçinin bununla Ermənistanın onun üçün çox əhəmiyyətli bir bazarı itirdiyinə diqqət çəkib.

“Əlbəttə ki, bütün bunlar yuxarıda göstərilən Konvensiyasız baş verirdi, lakin, bu sənəd bu tendensiyaları gücləndirmək üçün əlavə əsaslar yaradır. Ümumiyyətlə, Konvensiyada Xəzər regionunda anti-erməni lobbisi ilə bağlı bəzi siyasi törəmələri var” – Davtyan sonda vurğulayıb.

Qeyd edək ki, Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzəryanı ölkələrin V sammiti başa çatıb.

Sammitin yekununda Xəzəryanı ölkələrin prezidentləri — İlham Əliyev (Azərbaycan), Vladimir Putin (Rusiya), Nursultan Nazarbayev (Qazaxıstan), Həsən Ruhani (İran) və Qurbanqulı Berdıməhəmmədov (Türkmənistan) Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar.

Bundan əlavə beş ölkənin vəzifəli şəxsləri bu Konvensiyadan irəli gələn digər mühüm sənədlərə imza atıblar.

Xatırladaq ki, 1996-cı ildən sözügedən sənəd üzərində iş aparılıb. Konvensiya layihəsi yekun olaraq Xəzəryanı ölkələrin XİN rəhbərlərinin 4-5 dekabr 2017-ci il tarixində Moskvada keçirilən müşavirəsində razılaşdırılıb.

Əvəz ZEYNALOV


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *