vaxtlı-vaxtında oxuyun! Bazar, 28 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
DÜNYA  
17:10 | 2 dekabr 2022 | Cümə Məqaləyə 1016 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yaponiyada bir ilk

Üç ölkə müştərək təyyarə hazırlayacaq

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Şimali Koreyanın ballistik raket proqramını yenidən sürətləndirməsi və Çinin dənizlərdə hərbi varlığını artırması Yaponiyanın təhlükəsizlik narahatlıqlarını gücləndirsə də, ölkə mətbuatından bölgədəki tarazlığı dəyişdirə biləcək bir iddia gəldi.

Məlumata görə, Yaponiya, Britaniya və İtaliya birgə yeni döyüş təyyarəsi hazırlamaq barədə razılığa gəliblər. Layihənin təfərrüatlarının gələn həftə ictimaiyyətə açıqlanmasının planlaşdırıldığı bildirilir. Sözügedən əməkdaşlıq addımının dekabrın əvvəlində Yaponiyanın yeni milli təhlükəsizlik strategiyasını açıqlaması gözlənilən vaxta təsadüf etməsi diqqət çəkir.

Əgər Britaniya və İtaliya ilə birgə döyüş təyyarəsi hazırlanarsa, Yaponiya ilk dəfə yüksək müdafiə texnologiyaları üzrə ABŞ-dan başqa ölkələrlə əməkdaşlıq etmiş olacaq. Bu, həmçinin Böyük Britaniyanın Asiyanın təhlükəsizlik mühitindəki rolunu daha da vacib edəcək.