vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
20:23 | 8 aprel 2014 | Çərşənbə axşamı Məqaləyə 2794 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Nurçu əməliyyatı» başlayır

Türkiyə baş nazirinin Bakı səfərindən sonra «camaat» rəhbərlərinin kriptolu «məktubunda» ermənilərə «dəstək» təklifləri var

Aygün MURADXANLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyədə baş nazir Ərdoğanın bir müddət öncə anons etdiyi »camaat» üzvlərinin təmizlənməsi əməliyyatı aprelin 8-dən başlayıb. Səhər saatlarında Adanada qanundan kənar telefon dinləməsində şübhəli bilinən 9 polis saxlanıb. Onlardan biri Adana polis rəisinin keçmiş müavini İsmail Bilgin, polis idarəsi şöbəsinin müdiri Ərtoğrul Yetkindir. Saxlanan şəxslərin evlərində axtarış aparılıb, kompyuterləri müsadirə edilib.

9 nəfərlik qrupu qarşı irəli sürülən ittihamlardan biri Milli İstihbarat Təşkilatının (MİT) yanvar ayının 19-da Suriyay yollanan yük maşınının saxlanmasıdır. Saxlanan şəxslər qanunsuz telefon dinləmələri ilə «paralel dövlətə» casusluq etməkdə şübhəli bilinir. Onlar haqqında Adana Baş Prokurorluğunda cinayət işi qaldırılıb.

Türkiyədəki əməliyyatla eyni vaxtda Azərbaycanda da əməliyyat hazırlanması xəbərləri yayılmaqdadır. «Yeni Müsavat»ın poçtuna daxil olan xəbərdə bildirilir ki, Türkiyə baş nazirinin aprelin 4-də gerçəkləşən Bakı səfəri zamanı İlham Əliyevə təqdim etdiyi «nurçu» şirkətlərə qarşı plan işə düşüb.

Xəbərdə iddia olunur ki, Azərbaycanda indiyə qədər nurçulara maddi dəstək verən, eyni zamanda bu qüvvəni himayə edən şirkətlərin tam siyahısı hazırdır: «Ancaq araşdırmalar zamanı ilginc məqamlar da ortaya çıxıb. Bəlli olub ki, bu şirkətlərdən heç də hamısı nurçulara şüurlu yardım etməyib. Onlar sadəcə nurçuları himayə edən yüksək rütbəli məmurların göstərdiyi hesablara pul köçürüblər. Sonradan həmin vəsait nurçuların əllərində cəmlənib. Bu məsələdə yüksək hazırlıqlı psixoloqların da əməyi var. Onlar Bakıdakı iri şirkətlərin sahibləri ilə əlaqə yaradır, onlara din adına bir sıra təlqinlərdə bulunur və onlardan zəkat adı ilə böyük məbləğlər alırlar. Bu kampaniya hər il Ramazan ayından öncə başlayır və Ramazanın sonuna qədər davam edir. Əldə etdiyimiz xəbərlərə görə, bu yolla təkcə Ramazanda bir neçə yüz min manat vəsait toplanır».

Qaynaq bildirir ki, indiyə qədər «FAB boya», «World Telecom», «Mado», «Cihan reklam», «Modern Group», «Absheron beton», «Zivella», «HB Clinica», «Homelife mebel», «Sahzade restoran», «Gulluoğlu paxlava», «Malatya pazari», «Turk American Medical Center» kimi şirkətlərdən külli miqdarda pul yığılıb.

İnternet üzərindən «Yeni Müsavat» redaksiyasına nurçuların Azərbaycandakı fəaliyyəti ilə bağlı daha bir xəbər daxil olub.

Xəbərdə bildirilir ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakı səfərindən sonra Türkiyədəki «camaat» liderləri Fətullah Gülənə kriptolu mesaj göndərib: «İnternet üzərindən göndərilən məktub ələ keçirilsə də tam mətni oxumaq mümkün deyil. Səbəb məktubun kriptolu olmasıdır. Məktubun oxuna bilən hissələrindən bəlli olur ki, «camaat» ABŞ-ın Qarabağda hərbi əməliyyatları gücləndirmələri üçün ermənilərə yardım göstərməsini təklif edir».

 

Mətn: 

«Muhterem Fethullah Gülen _)_+++_((*?:()__+__(*(*?:%2516

Kriptolu mesaja geçiyo)_+++)*?*:?:%:;%;»;:

Hocam durum çok vahim.Uzun adam durumu ****)_()/+_)/+_)(_)()*?:*:

Hocam B planına geçmek için )(_)(+*+)(*)(*&+)*(&+) bekliyoruz.Hocam++==-

**+**»«222»««::??*()*())_))(:%

Hocam uzunun aliyevle görüşünün detaylarını öyrenmiş

durumday()___+)_()((**?*?*?(*+)(*)(*()*)(*/_+6566223

Okullar kesin kapatılıcak.Biznes işimiz sekteye uğratı+_+)(*??:(?:?%%;;

»«?(())(*(582266556

Hocam mutlaka ABD baskısı*?:%:%%?::*)(_)(+*)(**(?:*?:?:%:%;)*+_)(+_)(+_)(_*)(*??*:

Hocam Azerbeycan dev_)(+)_(+(*()?**(??*:? iç sorunları ile meşgul

tutmak )/()_(_+)(*+)(?*(:?*?:*:% Ermenilerin savaş bölgesinde saldırıları artırması

gere(*+)*(*+()*)(*?/_+_(+_+_)(()**?*(?:?*%::?%*+_)(/_+)_/)/+_)_)(+(*(*??:?*%::%66562

Hocam B planı*(*+)(*/_))(/+_ kan dökülmesi şart()(*)(?**?*(?_*?+ gerekirse )(_)(*+_/+_)(/8-

yapalım.)*+)(*_)*(?_*(?(?*

Enver Öze)(_)()_+_)/_()_(/)(/)_(_».

 

«Yeni Müsavat»ın elektron poçtuna göndərilən hər iki kompromat Türkiyə ünvanlıdır. Aydındır ki, bəlli qüvvə nurçuların gözdən salınması üçün kampaniya başladıb və bunun üçün ortaya absurd ittihamlar atmaqdan belə çəkinmir. Türkiyədəki nurçuların guya Pensilvaniyadakı Fətullah Gülənə kriptolu məktub göndərməsi və bu məktubda səslənən bir sıra iddialar, o sıradan Azərbaycanda gərginliyi artırmaq üçün ABŞ-ın Ermənistana Qarabağ savaşını qızışdırmaqda dəstək verməsi tamamilə absurddur. Supergüclər Qarabağ münaqişəsi başlayan gündən faktiki olaraq eyni mövqedən çıxış edir. Hər kəsə bəllidir ki, Birləşmiş Ştatların rusiyayanlı Ermənistan rəhbərliyinə deyil, Azərbaycan iqtidarına təsir imkanları daha çoxdur. Anlaşılan odur ki, yaxın günlərdə «nurçu ovu» əməliyyatları çərçivəsində Türkiyə üzərindən Azərbaycana belə əsassız iddialarla dolu məktublar göndəriləcək.

Bu arada Azərbaycanda «Zaman» qəzetinin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı xəbərlər gəlməkdədir. «Yeni Müsavat»ın əldə etdiyi informasiyaya görə, bir neçə ildir «Zaman»a abunə yazılan şirkətlər artıq abunədən rəsmi imtina etmələri ilə bağlı redaksiyaya bildirişlər göndərib.

P.S. Bu yazıda haqqinda danışılan şəxslərin də mövqeyini dərc etməyə hazırıq.