vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
10:20 | 9 aprel 2014 | Çərşənbə Məqaləyə 2324 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Amma Ərdoğan bilməsin»

Gülün ziyafətində nurçular da olub

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə prezidenti Abdullah Gülün Keniya prezidenti Uxuru Keniatanın şərəfinə Çankaya Köşkündə verdiyi ziyafətdə Gülən camaatından iki şəxsin iştirak etdiyi məlum olub.

«Qafqazinfo» Türkiyə mətbuatına istinadən xəbər verir ki, qonaqlıqda dövlət rəsmiləri ilə birgə Ərdoğana «Ağlama və peşmanlıq günün olacaq» deyə mesaj göndərdiyi bildirilən və bundan sonra AK Partidən istefa verən millət vəkili İlhan İşbilən ilə Keniyadakı «Light Akademiyası»nın müdiri və Gülən camaatı ilə əlaqəsi olduğu deyilən «Öməriyə Vəqfi»nin rəhbəri Bilal Qaraduman da iştirak edib.

Türkiyə mətbuatı isə bu məlumatı baş nazir Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfəri ilə əlaqələndirib.

Xəbərdə qeyd olunur ki, AKP ilə Gülən camaatı arasında yaranmış gərginliklə bağlı bələdiyyə seçkilərindən sonra ilk səfərini Baş nazir Bakıya edib. Səfərin təfərrüatları rəsmən açıqlanmasa da, hədəfdə Gülən məktəblərinin olduğu isə hamıya məlumdur.