vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
PROBLEM  
17:47 | 18 aprel 2014 | Cümə Məqaləyə 5493 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Avtoş» maşınları müsadirə ediləcək

Bahalı və riskli əyləncələr qanunvericilikdə düzəlişlərə səbəb olur

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünən Zığ şosesində iki avtomobil sürətlə yarışa çıxaraq dəfələrlə qəza vəziyyəti və bakılıların həyatı üçün real təhlükə yaradıb. Avtomobillərin sahibləri Yevlax gömrüyünün rəisinin oğlu, Daxili İşlər Nazirliyində (DİN) işləyən Həsənov Tural Əhməd oğlu və onun dostu Abdulbağırov Rahib olublar.

DİN avtomobillə xuliqanlıq edən məmur balalarını saxlayıb və az sonra məhkəmənin qərarı ilə yüksək rütbəli gömrük məmurunun oğlu Tural Həsənov 20 sutka azadlıqdan məhrum edilib. Onun «BMW X6» avtomobili ilə yarışa çıxdığı bildirilir. Həmçinin T.Həsənovu polis sıralarından qovublar. Digər avtoxuliqan isə 15 sutka həbs cəzası alıb.

Virtualaz.org saytına məlum olub ki, bu hadisə hakimiyyətin yüksək eşelonlarında ciddi ajiotaj yaradıb. Hazırda Cinayət Məcəlləsinə avtoxuliqanlığa görə avtomobilin müsadirə olunmasına imkan verən düzəlişin edilməsi barədə ciddi müzakirələr gedir.

Məlumata görə, hüquq-mühafizə orqanları oliqarxların və məmurların qanunları tapdalayan balalarına qarşı yeni həbslər həyata keçirməyə hazırlaşır.