vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 12 noyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
PROBLEM, ŞİKAYƏT, NARAZILIQ  
13:52 | 11 dekabr 2018 | Çərşənbə axşamı Məqaləyə 1151 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Böyük depressiya”

Yaxud “Tompson” avtomatlı “Traffic canavarı”

Vüsal BAĞIRLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Amerika 20-ci əsrin əvvəlləri Amerika kapitalizminin böhranı baş verir. “Böyük depressiya” pul kütləsinin kəskin çatışmazlığı, borcların artması və digər iqtisadi çətinliklər və problemlərlə yadda qalır.

Alkoqolun istehsalına və daşınmasına məhdudiyyətlər qoyan “Quru qanun” adlı milli qanun qüvvəyə minir. Monopoliyaların iqtisadi prosesləri ləngitməsi, aclığın kütlələri öz məkrli caynağına keçirməsi, dəhşətli işsizlik, dilənçilik fonunda mafiyalar tərəqqi edir, cinayətkarlıq çiçəklənir.

Kontrabanda və qeyri-leqal istehsalla məşğul olan Amerika mafiyası dövlətə meydan oxuyan güclü qüvvəyə çevirilir.

Nyu-Yorkda, Los-Ancelesdə, Çikaqoda qan-qan deyən qanqsterlər, irland, italyan və yəhudi klanlar  arasında müharibə, savaş tüğyan edir. Küçə atışmalarında yüzlərlə dinc, günahsız sakin çarpaz küllənin hədəfinə tuş gəlir.

Butleger dəstələri, kriminal qruplar Amerikanın ölüm kabusuna çevirilirlər.

Al Kaponenin, Karlo Qambininin, “sısqa” Merlinonun, “Xoşbəxt” Luçanonun, “Çapıqlı” Mİkkinin kolt, karabin və vinçesterlərlə, dinamitlərlə silahlanmış mənfur bandaları həm bir-birlərini, həm də atışmaların məzlum, günahsız qurbanına çevrilən dinc insanları öldürür, qətlə yetirir, amansızlıqla məhv edirlər.

Mafiya sıralarına qəbul edilən, onun “sprut” caynağına keçənlərə ilk olaraq bu sual verilir: Sən bilirsənmi bu işlə məşğul olanların  əksəriyyəti heç qırx yaşına çata bilmir.

 

Bakı, 21-ci əsrin əvvəlləri

“Traffik canavarı” hər il yüzlərlə can alır.

Yollarda, küçələrdə, şose və sürət traslarında baş verən nəqliyyat qəzaları insanların həyatına amansızlıqla son qoyur.

İnformasiya saytlarında yol - nəqliyyat qəzaları haqqında gedən gündəlik statistik məlumatlar artıq adi qarşılanır və həyəcan doğurmur.

Qəzalar, avtomobillərin piyadaları vurması, toqquşmalar,  sərt döngədən burulan yuxulu maşının dərəyə aşması kimi dəhşətli hadisələr yalnız trafikin bol olduğu, tıxacların əsəb gərginliyinə çevrildiyi paytaxtın küçə və prospektlərində deyil, rayon, kənd yollarında da baş verir.

Yol-hərəkət qaydalarından xəbərsiz, ibtidai savada malik olmayan, mindirəcəyi sərnişindən ötrü didişən taksi, avtobus və digər sərnişindaşıma nəqliyyatı  sürücüləri əlinə “Tompson pulemyotu” almış qanqsteri xatırladırlar.

Yollarda şütüyən, ötüşən, öz sürətinin hədd-hüdudunu bilməyən brend markaların, “sport car”ların -“Porsche”, “Gelandewagen”, “Maserati”, “Bugatti”lərin günahı üzündən insanlar səkilərdə, şose kənarlarında, asfaltın üzərində can verir, həyatlarını itirirlər.

Piyada keçidləri, yolüstü körpülər, asfalta çəkilən zebr-cizgilər və işıqforlar, çoxsaylı qadağa, məhdudiyyət nişanları belə onları xilas etmək gücündə deyil.

Bu qəzaların ucbatından, gəzintiyə, yollara, küçələrə çıxan vətəndaşlarımızın əksəriyyəti qırx yaşına belə yetişə bilmir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)