
Vizyonsuzluq ...
... Yaxud oyundan daha maraqlı mətbuat konfransı
... Yaxud oyundan daha maraqlı mətbuat konfransı
Azərbaycan futbolu üçün bir ilkə quruda olsa “sağol” demək lazımdır
İndi Avropa bizi yox, onu alqışlayır
Hava şaxtalı olduğundan futbolçular vaxt aparmırdılar
... Yaxud hər zarafatdakı həqiqət payı
“Qarabağ” autsayderin qapısına 70 dəqiqə yol tapmadı
Çox danışmışıq, demişik, milyon dəfə təkrarlamışıq, amma ...
AFFA-nın yarıtmaz olması “Qarabağ”ın özünü ən komfortda hiss etdiyi konfiqurasiyadır
Gücləri yetərincədir, civə kimidirlər
Bu parlaq qələbəni azərbaycanlı qazandı…
Ağdamlılar “Sabah”da xal itirdi
Ağdamlılar qış transferində transfer edəcəkmi?
Kim ölkəsinin futboluna daha çox xeyir verir?
Ağdamlılara qələbə lazımdır
Qurban Qurbanov: “Son oyunun mahiyyətini bilirik”
... Yaxud uğuru münasibətlərinə QURBAN edənlər
Hər həftəsonu futbol həvəskarları maraqlı oyunlar izləmək şansı əldə edirlər. Son oyunlar içərisində biz “Barselona” – “Real” (Madrid) və “Neftçi” – “Qarabağ” oyunundan bəhs edəcəyik.
Yulen Lopeteqi dünya miqyasında ən məşhur məşqçilərin top-vərəqinə düşməsə də, beynəlxalq aləmdə kifayət qədər tanınmış mütəxəssis hesab edilir.
O, dünya çempionatının ən qızğın və qaynar vaxtında İspaniya yığmasını tərk edərək, onları taleyin ümidinə buraxdı. İspaniyanın U 19 və U 21 yığmaları ilə etdiyi kimi, bəlkə də onun alnına əsas yığma ilə mundial çempionu olmaq yazılmışdı.
Lakin “Real”a “hə” deyərək, yığmanı tərk etdi və bu addımıyla bütün İspaniyanı şoka saldı. Lopeteqi burada aşağı-yuxarı bütün titulları əldə edəcəyinə, “La Liga” və Çempionlar Liqası kuboklarını başı üzərinə qaldıracağına əmin idi. Elə kral klubunun son illərdə göstərdiyi performanslar da bunu deyirdi. Fəqət, öz saydığına deyil, fələyin sayğacına tuş gəldi.
Çempionatdakı olduqca uğursuz startın, mənasız xal itgilərinin, məğlubiyyətlərin ardından, “Kamp-Nou”da diz çökdü. Özü də kimin qarşısında, öz əzəli və əbədi rəqibinin. Zidansız və Ronaldosuz qalan “Real” çox aciz görünürdü.
İstənilən halda, Madrid klubunda baş verən böhranın da keçici olacağını, yeni qələbələrin ard-arda gələcəyini düşünürəm.
“Barselona” uzun illər boyu Bermud üçbucağı hesab edilən, oyunçu-sənətkarlardan Xavi, İniyesta və Messidən asılı vəziyyətə düşmüşdü. Bu üçlük öz parlaq oyunları ilə kluba demək olar, bütün beynəlxalq əhəmiyyətli titulları qazandırmışdı.
Onların gedişindən sonra Kataloniya klubu xeyli müddət altından çıxa bilməyəcəyi krizisə düşəcəyi güman edilirdi.
Lakin, dünənki oyun göstərdi ki, əvəzedilməz oyunçu olmur. Oyunçular da, baş məşqçilər də gəldi gedərdi, amma nəhəng klubların oyun fəlsəfəsi dəyişməz olaraq qalır.
Burada klubun məşhur devizi yada düşür:
“Mésque un club”- “Bir klubdan daha böyük...”
Uzun fasilədən sonra, “Neftçi” də nəhayət tilsimi qırdı, qalın buz təbəqəsini sındırdı, güzəştsiz və əzəli rəqibinə qalib gəldi.
Bu qarşılaşma Azərbaycan Premyer-Liqasının rəqabətsiz, boz, maraqsız, asan proqnoz edilə bilən oyunlarına kiçicik də olsa rəngarənglik, sürpriz qatdı, intriqanı gücləndirdi.
Yoxsa əvvəllər, Fransa klubu “PSJ” kimi, “Qarabağ” da artıq beşinci, altıncı turlardan etibarən öz çempionluğunu elan edirdi.
Əslində “Qarabağ”ın Qurban Qurbanovun iki postdakı fəaliyyətindən sonra zəiflədiyi, hücumda dişsiz, müdafiədə etibarsız olduğu göz qabağında idi.
Lakin, Neftçinin əzmkar qələbəsinə kölgə salmadan, ümid edək ki, bu həm də ağ- qaraların güclənməsi üçün bir təkan olacaq.