
Yüksək istilik fəlakətə çevrilir
Bu il təkcə Tokioda 248 nəfər həyatını itirib
Bu il təkcə Tokioda 248 nəfər həyatını itirib
914 məntəqənin 144-də rekord temperatur qeydə alınıb
118 milyon insan risk altında
Həddindən artıq isti dalğası ilə yeni rekord
İtaliyada yüksək hərarətlə bağlı xəbərdarlıq edilib
13 əyalətdə isti hava ilə əlaqədar xəbərdarlıq edilib
Mərakeşdə 21 nəfər ölüb, ABŞ isə meşə yanğınlarının əhatəsində
ABŞ-da həddindən yüksək temperaturdan 146 milyon insan əziyyət çəkib
Havanın temperaturu çay kənarında 43 dərəcə olub
Özünüzü keyfiyyətsiz qarpızdan qoruyun
İstidə, günəş altında və dəriləndən sonra 7 gündən çox qalan qarpızları yemək təhlükəlidir
3 ay bu işlərlə məşğul olub, qışda «kefə baxmaq» mümkündür...
Fransada, Almaniyada, Belçikada və İtaliyada 40 dərəcə isti qeydə alınıb
Amma havadan payızın qoxusu gəlir
Uşaqlığım İmişli rayonunda keçib. Bir dəfə, rayonda atamla kəndə getdim. Bostanda ilk dəfə qarpızı, bu möcuzəvi və qəribə bitkini görəndə çox təəccübləndim.
Qarpız mənə, bitkidən daha çox, kərtənkələ, qurbağa kimi canlıları xatırladırdı. Adama elə gəlirdi ki, bu yaşıl zolaqlı, dəyirmi varlıq, toxunsan, əlimi vursan diriləcək, hərəkətə gələcək və arx boyu harasa diyirlənib gedəcək.
Yay aylarında rayondakı evimizdə qarpız, yemiş, şomba, qovun o qədər çox olardı ki, - əlli dənə, yüz dənə - sayı-hesabı bilinməzdi. Qonum-qonşuya paylayardıq, diyirləyib çarpayının, masanın, dolabın altına yığardıq qurtarmazdı.
Həyətdə futbol oynayırdım. Qızmar yay günəşi, Aran istisi və fasiləsiz axan tər dili, dodağı qurudurdu.
Tez evə qaçırdım. Qarpızlardan birini götürüb, ortadan bölürdüm. Yox, rəngi xoşuma gəlmədi. Digər qarpıza əl atırdım, yox, onu da bəyənmədim. Bu qayda ilə 5-10 qarpız zibil qabına atılırdı. Nəhayət, istədiyim rəngi və dadı bir dequstator məharəti, ekspert dəqiqliyi ilə tapırdım və sulu, ləzzətli qarpız dilimlərini həzmi-rabedən keçirirdim.
Qarpız əsl yay bitkisidir. Böyükdür, suludur, şirindir. Faydalıdır, ucuzdur, boldur. Susuzluğu yatırdır. Üstəlik, pendir-çörəklə də əla gedir.
Bir şeyi pisdir ki, qulağına çəkib nə qədər sıxsan da, çırtmalasan da, nağara kimi döyəcləsən də kəsəndə bəzən yaxşı dəymədiyi, yetişmədiyi məlum olur.
Dünənki qarpızı sınaq yoxlamasından keçirmədən nə olar, olar, lotereya prinsipi ilə aldım. Qarpız ənənəyə uyğun olaraq, sərin suya qoyuldu. Sonra, başı dəyirmi formada kəsildi, ortadan bölündü və gözəl iyi mətbəxə yayıldı.
Balaca Nurxan səbirsizliklə qarpız istəyirdi, özü də doğranmış deyil, dilim-dilim.
Budur, göy qabıqlı, qara xallı, al yanaqlı, gəmiyə bənzər iri bir dilim Nurxanın qarşısına qoyulmuşdur.
O, elə hey dişləyir, udur, dişləyir, udurdu. Qarpızın suyu burnundan, ağzından, çənəsindən boğazına süzülür, oradan da dərəaşağı sinəsinə, qarnına axıb tökülürdü.
Nurxan bunu hiss etmirdi. Onun əli, qolu, paltarı, hər yeri yapışqan şirəyə batmışdı. Gözləri ləzzətdən qıyılmış, qarnı şişib tuluğa dönmüşdü.
Fəqət, heç nə Nurxanın vecinə deyildi. O, öz işində idi. Yenə də dişləyir, udur, dişləyir udurdu.
Necə deyərlər, qarpız, ye qarnını qalxız...
Sonda isə, bir sual: Qarpız meyvədir, giləmeyvədir yoxsa tərəvəz bitkisi?