
“Hindistanı həll edəcəyik”
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
Hindistan-İran-Ermənistan yaxınlaşması
Hindistan Mərkəzi Bankı ABŞ istiqrazlarından çəkilir
Qan dövranında problemlər yarana bilər
Yeni Dehli “S-400” HHM sistemi və “Su-30” qırıcıları ilə maraqlanır
Tramp: “Hindistan tarifələri sıfırlamağı təklif etdi”
Ermənistan sülh yolunu tutsa da, Hindistan Azərbaycandan əl çəkmək istəmir...
Uçuş dayanmayanda ayağa qalxan sərnişinlərə cəza
II Dünya müharibəsinin ən bahalı silahı
Hindistan lideri 7 ildən sonra ilk dəfə Çini ziyarət edib
Bəxşişlər artır, cəzalar sərtləşir
Pakistan sel fəlakəti yaşandı – 22 ölü
Avropada qatar biletləri təyyarədən 26 dəfə bahadır
Yerli ziyarətçi sayı artıb, əcnəbilərdə isə azalma var
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
Uçuş zamanı uzanan təyyarə istismardan niyə çıxarıldı
İngiltərəyə havaya qalxdıqdan az sonra qəzaya uğrayan “Air India” şirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsində 232 sərnişin və 12 ekipaj üzvü olmaqla ümumilikdə 244 nəfərin olduğu bildirilir.
Hindistanın Qucarat əyalətinin Əhmədabad hava limanından İngiltərənin paytaxtı Londonun Qatvik hava limanına qalxan “Air India” şirkətinə məxsus təyyarə cümə axşamı havaya qalxarkən qəzaya uğrayıb.
Hindistanın Milli Mülki Aviasiya İdarəsi təyyarədə ekipaj da daxil olmaqla 244 nəfərin olduğunu bildirsə də, “Air India” sayının 242 olduğunu açıqlayıb.
Aviaşirkətin məlumatına görə, sərnişinlər arasında 169 Hindistan, 53 Böyük Britaniya, 1 Kanada və 7 Portuqaliya vətəndaşı olub.
Polis təyyarədə olan sərnişinlərdən sağ qalanların olmadığını açıqlayıb. Lakin səlahiyyətlilər qəzadan 1 sərnişinin sağ qaldığını və xəstəxanaya aparıldığını bildiriblər.
Təyyarə havaya qalxdıqdan az sonra hava limanı yaxınlığındakı yaşayış massivində qəzaya uğrayıb.
Yerli KİV-in məlumatına görə, “Boeing 787 Dreamliner” eniş zolağından çıxdıqdan dərhal sonra Əhmədabadda tibb işçilərinin yaşadığı yataqxanaya çırpılıb. Təsdiqlənməmiş görüntülərdə təyyarənin quyruğunun binaya ilişdiyi, arxadan qalın qara tüstü qalxdığı görünür.
Qəza zamanı sakinlərdən yaralananların və ya ölənlərin sayı hələ dəqiq deyil. “Bəzi yerli sakinlər dağıntılar altında həyatını itirmiş ola bilər”, - polis komissarı Malik bildirib. Malik həmçinin bildirib ki, ən azı 41 nəfər xəstəxanaya aparılıb.
Qəzadan bir sərnişinin sağ qaldığı bildirilir. ANI xəbər agentliyinə danışan Malik, 11A oturacaqdakı bir sərnişinin sağ olduğunu və müalicə aldığını söylədi. Səlahiyyətlilər sərnişinin Britaniya vətəndaşı Vişvaş Kumar Rameş olduğunu müəyyən edib.
Uçuş izləmə saytı “Flight Radar” bildirdi ki, təyyarə havaya qalxdıqdan bir neçə saniyə sonra UTC saat 08:08:51-də son siqnalını verib. Londonun “Gatwick” hava limanına uçan olan “Air India” reysinin yerli vaxtla saat 18:25-də enməsi gözlənilirdi.
Hadisə yerindən çəkilmiş görüntülərdə alçaqdan uçan, alov alovlanan təyyarənin yaşayış məntəqəsinə doğru enməsi, ardınca narıncı və qara tüstü görünüb.
***
Hindistanın baş naziri Narendra Modi hadisəni “təsviri mümkün olmayan faciə” adlandırıb.
Böyük Britaniyanın baş naziri Keir Starmer də Londona gedən çoxlu sayda Britaniya vətəndaşını daşıyan təyyarənin Əhmədabadda qəzaya uğramasının “ürək parçalayıcı” olduğunu deyib.
Britaniyanın Xarici İşlər Naziri Devid Lammi, Hindistan və İngiltərədə böhran qruplarının yaradıldığını deyib: “Mən əminəm ki, bütün İcmalar Palatası adından bu səhər Hindistanda baş verən təyyarə qəzasında zərər çəkmiş hər kəsə başsağlığı verirəm”.
“Gəmidə Britaniya vətəndaşlarının olduğunu bilirik. Mən təsdiq edə bilərəm ki, FCDO (Xarici, Birlik və İnkişaf Ofisi) yerli hakimiyyət orqanları ilə təcili işləyir və Dehli və Londonda böhran qrupları yaradılıb.”
Hindistanın Mülki Aviasiya naziri Kinjarapu Ram Mohan Naidu Qucarat əyalətində qəza xəbərini “şok və dağıdıcı” adlandırıb.
“Ən yüksək hazırlıq vəziyyətindəyik. Vəziyyəti şəxsən izləyirəm. Bütün aviasiya və fövqəladə hallara müdaxilə qruplarına tez və koordinasiyalı şəkildə hərəkət etmələri barədə göstəriş vermişəm”, – deyən Naidu, axtarış-xilasetmə qruplarının əraziyə göndərildiyini və bütün yaralıların ən qısa zamanda tibbi yardım alması üçün səylərin göstərildiyini bildirib.
Təyyarənin 11 ildir istismar olunduğu bildirilir. Aviasiya Təhlükəsizliyi Şəbəkəsinin məlumatına görə, bu, 2011-ci ildə istismara verilən “Boeing 787” təyyarəsinin ilk qəzasıdır.
“Boeing” hadisədən xəbərdar olduğunu və məlumat toplamağa başladığını bildirib.
“Air India”nın sədri Natarajan Chandrasekaran dedi ki, onların əsas diqqəti “təsirə məruz qalan sərnişinlərə və onların ailələrinə dəstək verməkdir”.