“Biz olmasaydıq, fransızca danışırdınız”
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
18:03 | 11 dekabr 2018 | Çərşənbə axşamı
Məqaləyə 2466 dəfə baxılıb
Şriftin ölçüsü
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
Neft qiymətləri kəskin yüksəldi
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
Ağ Ev müxbirləri şam yeməyində silahlı insident baş verdi
İran Səudiyyə Ərəbistanını hədələdi
Qiymətlər Yaxın Şərq gərginliyi əsnasında yüksəldi
ABŞ-nin NATO ilə bağlı sərt “seçimlər” gündəmdə – Avropa ölkəsi alyansdan çıxarıla bilər
Tramp İranla bağlı qalıcı razılaşma istədiyini bildirib
Bununla bölgədəki ABŞ hərbçilərinin sayı 40 mini keçdi
Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyaların arxasındakı məqsədin İranda rejimi dəyişdirmə istəyinin olduğunu kimsə bilməmiş deyil. Hələ ki İran İslam Respublikası Amerikanın onunla apardığı iqtisadi müharibəyə dözüm göstərməyi bacarır və hökumətindən, dövlətindən narazı xalqının da təzyiqlərinə dirənməyi bacarır.
Görünən odur ki, İran iqtisadiyyatı uzun müddətdə Amerikanın iqtisadi embarqolarına dirəniş nümayiş etdirə biləcək gücdə deyil və hökumətə qarşı xalqın da narazılığı günü-gündən artır. Amerika embarqoları davam etdirəcəyi təqdirdə rejim dilemma qarşısında qalaraq ya bölgədə məzhəbçi yayılım siyasətindən imtina edəcək, ya da bunu davam etdirərək ölkənin iqtisadiyyatını ölüm təhlükəsi ilə üz-üzə qoyaraq vətəndaş müharibəsinə belə səbəb ola biləcək problemlərə yol açacaq.
Yaxın on il ərzində bəzi Yaxın Şərq ölkələrində rejim dəyişkiliklərini gördük, Livya,Yəmən kimi ölkələrdə rejim dəyişildikdən sonra yaranan problemlər hələ də davamlılığını sürdürməkdədir. Bu ölkələrə baxdıqda bir dövlətin iç dinamitlərinin heç də rahat və qısa vədədə dəyişmənin mümkün olmadığını görürük. Yeni demokratik, dünyəvi, liberal dinamitlərin bu ölkələrdə tam şəkildə yerinə oturması üçün hələ ən azı bir on ildə gözləməli olacağıq. Bu da daha çox qan və ölüm deməkdir. İranın, bu ölkələrdən fərqli olaraq, Yaxın Şərqdə regional güc olduğunu nəzərə alsaq burada baş verə biləcək rejim dəyişikliyinin regiona da təsirsiz ötüşməyəcəyini görməmək mümkün deyil.
İrana bağlı şiə qruplaşmaların başsız qaldıqdan sonra Yaxın Şərqdəki xaosun daha da dərinləşəcəyini açıq-aydın görünür. Məzhəb ideologiyasının təsirinə məruz qalaraq radikallaşmış qruplaşmalar nəzarətsiz qaldıqdan sonra Avropaya, Amerikaya qədər terror əsdirə biləcək gücdədirlər. İran bu qruplaşmalardan Yaxın Şərqdə öz rejim maraqlarının müdafiəsi üçün istifadə edir. Hizbullah vasitəsi ilə İsrailə qarşı Livanda, Husilər vasitəsi ilə də Səudiyyəyə qarşı Yəməndə öz imperial maraqlarını davam etdirir. Suriyada isə vəziyyət bir az fərqlidir. Burada daha leqal şəkildə Əsəd gücləri vasitəsi ilə öz imperial maraqlarını müdafiə etməyə çalışır. Radikal qruplaşmalar bu gün vahid mərkəzdən (İrandan ) idarə olunur deyə Yaxın Şərqdə məzhəb üzərindən çıxan xaosu qismən də olsa kontrol etmək mümkündür. Ancaq İran olmadıqda bu xaos tamamilə kontroldan çıxıb bütün regiona yayıla bilər ki, bu da regiondakı xaosu daha da dərinləşdirəcək. Amerika rejimi devirməzdən öncə ilk olaraq regionda İrana bağlı qruplaşmaların əl-qolunu yığaraq güclərini minimallaşdırmalıdır. Əslində regionda gedən son olaylar baxsaq, İsrailin Livanda Hizbullaha qarşı hərbi əməliyyatlara başlama ehtimalinin yüksəlməsi və ABŞ tərəfindən Səudiyyənin Yəmən probleminin tez bir zamanda həllini istəməsinin, Vaşinqtonun molla rejimindən sonrakı Yaxın Şərqə hazırlıq planının bir parçası olduğunu görərik. Ancaq yenə də İranda iç dinamitlərin dəyişiləcəyi təqdirdə Qafqaz və Yaxın Şərq regionunu yeni problemlər ilə qarşı-qarşıya qalacağı qaçılmazdır. Biz də İrana qonşu dövlət olaraq indidən kəmərlərmizi möhkəm bağlasaq, bu problemin yaradacağı təhlükələri minimallaşdırarıq.
Orxan KƏRİMOV