Xameneyi ölmədən məzara qoyulur
Fars-molla rejimi liderinin nüfuzu azalıb, rəqiblər ondan sonrakı dövrə hazırlaşırlar
08:42 | 26 may 2025 | Bazar ertəsi
Məqaləyə 379 dəfə baxılıb
Şriftin ölçüsü
Fars-molla rejimi liderinin nüfuzu azalıb, rəqiblər ondan sonrakı dövrə hazırlaşırlar
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
Xoy-Mərənd yolunda Köşksaray şəhərciyi var. Orada Keçiqalası adlı bir dağ yolun qırağında yoldan keçənlərə başıdik duruşuyla xoş-beş edir. Düz o dağın güney arxasında Əralan adlı çox səfalı, gözəl, abad bir kənd var. 1820-lərdə Persiyaya səfər edən Ceymz Moriyer (James Morrier) bu kəndi o vaxtadakı Mərənddən daha abad olduğunu yazır. Əralan kəndinin güneyində Ər ələmdar dağı var. Bu dağda Əhl-i Həq inamında olan Türklərin ocağı var. Hər il yayın başlarında o ocağa gəlib ziyarət edərlər. Ocaqda qara daş ilə sementdən işlədikləri tikintilər qədim Azərbaycan məscidlərinin memarlığında tikilmiş ziyarət yerləridir. 3138 metr hündürlükdə tikilən bu tikintilər ocağa inananların dərin imanından aydıncasına danışır.
O ocaqda Malik Əştər Nəxəinin Ələmdər ayamasıyla tanınmış Əli adlı oğlunun qəbri var. Malik Əştər Nəxəi İslamın dördüncü xəlifəsi Əlinin (ə.s.) ordu başçısı idi. Bu hesabla bu qəbrin 1300 illik tarixi var. Qəbirin orijinal daşı ərəb dilində yazılıb. Baxımsızlıq üzündən bir-iki kəlmədən başqa yazıları anlaşılmaz duruma düşüb.
Ər Ələmdar ocağının aşağısındakı kənd isə Əralan!
Ər: üst, üstün, üstdəki, yuxarı, yuxarıdakı
alan: meydan, döyüş gedən yer, tamaşa yeri
Əralan əslində “ər + alan” sözcüklərinin birləşməsindən yaranır. Coğrafi baxımdan isə bu kənd gərçəkdən Rom şəhərindəki Kalısiyum (Colosseum) yaxud “kölə döyüşçülərin” (Gladiators) savaş meydanına bənzəyir. Ata-babalarımızın inamında həq yolunda savaşmaq bir ilahi fəzilət sayılır. Onların inamında həq yolunda savaşan insan başqalarına görə üstün bir məqamda görünüb yuxarı, yüksək bir ictimai rütbə kimi sayılır. O düşüncədə “ər” sözcügü məcazi anlamda “həq yolunda savaşan igid döyüşçü” qavramındadır. “Ər” sözcügünün məcazi anlamı zaman içərisində üstünlük tapıb yayqın olduğuna görə sözcügün dəqiq anlamı kölgədə qalıb unutdurulmuş duruma düşübdür. Buna baxmayaraq “Əralan” söz birləşməsinin coğrafi, təbii durumu “ər” sözcügünün dəqiq anlamını elmi bir şəkildə isbat edir.
Türk dünyasında bütün coğrafi adlar hesab-kitab üzündən seçilmiş dəqiq anlamlı adlardır.