vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
KRİMİNAL, CİNAYƏT  
19:51 | 9 iyun 2014 | Bazar ertəsi Məqaləyə 2165 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Gülər»lə tanışlığın ağlamalı sonu

Mingəçevir sakini yazışdığı şəxs tərəfindən öldürülüb

MÖVZU İLƏ ƏLAQƏLİ

Daxili işlər və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Mingəçevir şəhərində törədilmiş qətlin «isti izlər»lə açılması və onun törədilməsində şübhəli bilinən şəxsin tutularaq məsuliyyətə cəlb olunması təmin edilib.


ANS PRESS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

Belə ki, iyunun 2-də Mingəçevir şəhər sakini Tural Quliyevin yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Faktla əlaqədar şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Hacıqabul şəhər sakini Bəhram Dadaşov tutulub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, mayın 31-də axşam B.Dadaşov mobil telefon vasitəsi ilə tanış olduğu, özünü «Gülər» kimi təqdim edən T.Quliyevin evinə gəlib və gecə saat 03.00 radələrində münaqişə zəminində sonuncunu qətlə yetirib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.