vaxtlı-vaxtında oxuyun! Cümə, 15 noyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ENERGETİKA  
16:44 | 23 aprel 2019 | Çərşənbə axşamı Məqaləyə 716 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İES yenidən qurulur

“Azərbaycan” ölkənin enerji təminatında qarant olacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən ilin iyul ayında baş verən qəza nəticəsində enerji sistemin çökməsinə səbəb olan Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyası istismar müddətini başa vurduğu üçün ölkə Prezident İlham Əliyevin göstərişi ilə ən müasir səviyyədə yenidən qurularaq bərpa edilir. Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan və Respublikada elektrik enerjisinə olan tələbatın 43 faizini təmin edən 8 bloklu “Azərbaycan” İstilik Elektrik Stansiyasında bütün parametrlər üzrə tikinti, yenidənqurma və bərpa işləri aparılır.

Bu günə qədər “Reabilitasiya Proqramı” çərçivəsində Azərenerji “ASC” tərəfindən stansiyanın 6 saylı enerji blokunda kompleks yenidənqurma işləri aparılıb və nəticəsində 60 meqavat yük məhdudiyyəti aradan qaldırılıb. Həmçinin 500 kilovoltluq Açıq Paylayıcı Qurğunun II dövrəsinin 7 saylı enerji bloku və 1 saylı əlaqə avtotransformatorunun bütün elementləri yeni avadanlıqlarla əvəzlənərək istismara verilib. Nəticədə 7 saylı enerji blokunun gücü 250 meqavatdan maksimum həddə - 310 meqavata çatdırılıb. Bununla yanaşı hidrogen istehsal edən elektroliz, oksigen qurğularında da təmir işləri aparılıb.

Hazırda sexlər və laboratoriyaların yerləşəcəyi ofis binası təmir olunur, kimya sexi yenidən qurulur, çənlərin bünövrəsi, yeni çənlərin quraşdırılması və borularda izolyasiya işləri aparılır. Paralel olaraq hidrogen, azot-oksigen və hava kompressorları sexinin yerləşəcəyi binada, stansiyanın girişində mövcud yanğınsöndürmə nasosxanasında təmir işləri görülür, həmçinin yağ təsərrüfatının köçürülməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. “Azərbaycan” İstilik Elektrik Stansiyasında yeni inzibati bina və idarəetmə mərkəzi tikilir. Stansiya ərazisi perimetr boyu elektron hasarla əhatəyə alınması və kamera sisteminin qurulması işləri reallaşdırılır. 1 saylı tüstü borusunun fasadının boyanması və bərpası prosesi gedir, analoji işlər 2 saylı tüstü borusunda isə tam yekunlaşıb. Bununla yanaşı soyutma su nasos stansiyalarının çıxış su kanallarının əsaslı təmir işləri davam etdirilir. Reagent təsərrüfatı üzrə tikinti və montaj işləri, o cümlədən 9 saylı qazanın sökülməsi işi həyata keçirilir. Maşın zalının yağışdanqoruma işləri yekunlaşmaq üzrədir.

Ölkənin ən böyük 500 kilovoltluq Açıq Paylayıcı Qurğularından biri məhz “Azərbaycan” İstilik Elektrik Stansiyasında yerləşir ki, onun da 2-ci dövrəsində aparılan işlər artıq başa çatıb. 500 kilovoltluq Açıq Paylayıcı Qurğudan 330 kilovoltuq Açıq Paylayıcı Qurğunun İdarəetmə mərkəzinə kabel xətləri üçün kanal yolunun qazıntı işləri aparılır. Həmçinin enerji bloklarının qazan bölməsinin yağışdan və küləkdən mühafizəsi, o cümlədən yanğından mühafizə binası əsaslı təmir olunur.

Ümumilikdə, “Reabilitasiya Proqramı” çərçivəsində “Azərbaycan” İstilik Elektrik Stansiyasında 3 il ərzində turbinlərin, generatorların, rele mühafizə sisteminin, sexlərin, yarımstansiyaların, 500 və 330 kilovoltluq hava xətlərinin, əks-qəza avtomatikasının tamamilə yenidən qurulub bərpa edilməsi nəzərdə tutulub. Bundan başqa, Yuxarı Qarabağ kanalının üzərindən əhali üçün yeni körpü və yol salınması, yeraltı yanğınsöndürmə su boru sistemlərinin bərpa edilməsi istiqamətində işlər görülür. Ümumilikdə genişmiqyaslı görüləcək işlərin nəticəsində stansiyanın gücü 380 meqavat artırılaraq 2000 meqavata çatacaq, ən əsası isə “Azərbaycan” İstilik Elektrik Stansiyasında dayanıqlılıq və etibarlılıq təmin ediləcək.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *