
Gəncə darvazaları haradadır?
Gürcülər əsas giriş qapısını satmağa razı olmazdı
Gürcülər əsas giriş qapısını satmağa razı olmazdı
Ehtiyat xətdəki vaqonlar alışıb
Gəncə Dövlət Dram Teatrının sənət yolu
Yeni icra başçısı müqavilə imzalayıb
AFFA-nın “Kəpəz”dəki yeni təyinatlarından ...
Gəncənin icra hakimiyyəti başçısı prezidentin tapşırığı ilə sakinlərlə açıq görüşə getdi
Gəncədə torpaq alverçisi kimi tanınan Məharət Mustafayev işdən çıxarıldı və fəaliyyətinin araşdırılması üçün komissiya yaradıldı
Sakinlər yeni icra başçısının qəbulunda hansı problemlərdən gileyləndilər?
Gənclər və idman nazirinin yeganə övladı barədə bilinməyənlər
Fəzail Ağamalıdan Elmar Vəliyevin işdən çıxarılmasına reaksiya
Gəncənin yeni icra başçısı kimdir?
Prezident İlham Əliyev sərəncam imzaladı
Baş verənlər Cənubi Qafqaza, Azərbaycana qarşı olan böyük planın bir bəndidir
Bu bıçağı verən əli də, onu tutanı da kəsmək lazımdı!
Prosesin arxasında bu paytaxtlar durur: ilk dəfə açıqlanan məlumatlar
Gəncəlilər dünən gecə baş verən təxribatın qarşısını alarkən həlak olan polkovnikləri son mənzilə yola salır
Gəncə Şəhər İcra Hakimiyyətinin yeni başçısı Niyazi Bayramov şəhər ağsaqqalları ilə görüşüb. Görüşdə elm, səhiyyə, mədəniyyət, idman və digər sahələri təmsil edən 50-yə yaxın ağsaqqal ziyalı iştirak edib.
Niyazi Bayramov ağsaqqalları salamlayaraq, vaxt ayırıb görüşə gəldikləri üçün onlara təşəkkür edib. Qeyd edib ki, tarixən mədəniyyət beşiyi hesab olunan Gəncə həm də ziyalılar şəhəridir.
“Bu görüşü təşkil etməkdə əsas məqsədim, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ağsaqqalların fikirlərini öyrənmək, şəhərdə olan problemlər barədə məlumat almaq, onların həlli istiqamətində təkliflərinizi dinləməkdir. Bu baxımdan sizin dəstəyinizə ümid edirəm”, - deyə Niyazi Bayramov bildirib.
Görüşdə AMEA Gəncə bölməsinin akademik katibi Fuad Əliyev, Dövlət Aqrar Universitetin rektoru İbrahim Cəfərov, Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yusif Yusibov, Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov, GDU-nun prorektoru Gülsüm Fətəliyeva, Gəncə şəhər Veteranlar təşkilatının sədri Yusif Məmmədov, Böyük Vətən müharibəsi veteranı Tofiq Hüseynov, Ağsaqqallar Şurası Gəncə şəhər Təşkilatının sədri Xalid Qurbanov, Gəncə Dövlət Dram Teatrının rejissoru Vaqif Şərifov və digərləri çıxış edərək, Gəncə şəhərinə yeni təyin olunan icra hakimiyyəti başçısına işlərində uğurlar arzulayıblar. Bildirilib ki, Gəncə və gəncəlilər hər zaman dövlətçiliyə xidmət edib, daim ölkə rəhbərinin yanında olublar. Şübhəsiz ki, onlar bundan sonra da Gəncənin inkişafı üçün çalışacaq, şəhər rəhbərinin yanında olacaq, əllərindən gələn köməyi göstərəcəklər.
Çıxışlar zamanı həlli vacib hesab olunan məsələlərlə bağlı məlumatlar verilib, bir sıra təkliflər səsləndirilib. Görüş qarşılıqlı diskussiya şəklində davam edib.