
Gəncə darvazaları haradadır?
Gürcülər əsas giriş qapısını satmağa razı olmazdı
Gürcülər əsas giriş qapısını satmağa razı olmazdı
Ehtiyat xətdəki vaqonlar alışıb
Gəncə Dövlət Dram Teatrının sənət yolu
Yeni icra başçısı müqavilə imzalayıb
AFFA-nın “Kəpəz”dəki yeni təyinatlarından ...
Gəncədə torpaq alverçisi kimi tanınan Məharət Mustafayev işdən çıxarıldı və fəaliyyətinin araşdırılması üçün komissiya yaradıldı
Sakinlər yeni icra başçısının qəbulunda hansı problemlərdən gileyləndilər?
Yeni icra başçısı ilk görüşünü şəhər ağsaqqalları keçirdi
Gənclər və idman nazirinin yeganə övladı barədə bilinməyənlər
Fəzail Ağamalıdan Elmar Vəliyevin işdən çıxarılmasına reaksiya
Gəncənin yeni icra başçısı kimdir?
Prezident İlham Əliyev sərəncam imzaladı
Baş verənlər Cənubi Qafqaza, Azərbaycana qarşı olan böyük planın bir bəndidir
Bu bıçağı verən əli də, onu tutanı da kəsmək lazımdı!
Prosesin arxasında bu paytaxtlar durur: ilk dəfə açıqlanan məlumatlar
Gəncəlilər dünən gecə baş verən təxribatın qarşısını alarkən həlak olan polkovnikləri son mənzilə yola salır
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Heydər Əliyev Prospekti ilə İsrafil Məmmədov küçəsinin kəsişməsində yerləşən 9 mərtəbəli binanın və ətraf ərazilərin sakinləri ilə görüşüb. Bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmi saytı məlumat yayıb.
Niyazi Bayramov bildirib ki, görüş Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilir. O deyib ki, məqsəd sakinlərin problemlərini öyrənmək və onların həlli yollarını tapmaqdır. “Açıq mikrofon” şəraitində keçən görüşdə vətəndaşlar öz şikayətlərini dilə gətirib, müxtəlif təkliflərlə çıxış ediblər. Səslənən müraciətlər arasında işlə təminat, Qarabağ müharibəsi iştirakçıları və Çernobıl əlillərinə sanatoriyalara göndərişlərin verilməsi, adı çəkilən ərazidə bankomatların quraşdırılması, torpaq sahələrinin verilməsi üçün sakinlərin növbəyə götürülməsi və digər məsələlər öz əksini tapıb.
Ümumilikdə 40-dan çox şikayət və təklif dinlənilib. Bir çox məsələlər yerində öz həllini tapıb, digər problemlərin araşdırılaraq aradan qaldırılması üçün aidiyyəti qurum və şəxslərə müvafiq tapşırıqlar verilib.