vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
13:25 | 10 iyun 2014 | Çərşənbə axşamı Məqaləyə 2748 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yol polisinin arayışı ləğv olunur

Nazirlik sığorta ödənişi üçün nəzərdə tutulan proseduru ləğv etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda avtomobil qəzaları zamanı avtomobil sahiblərinin sığorta ödənişi alması proseduru asanlaşdırılır.


Vaxt.az APA-ya istinadən xəbər verir ki, Maliyyə Nazirliyi tərəfindən hazırlanan «Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Qaydaları» layihəsində avtomobil qəzaları zamanı avtomobil sahiblərinin sığorta ödənişi almaq üçün Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (bölmələrindən) arayış alaraq sığorta şirkətlərinə təqdim etmək məcburiyyətini aradan qaldıran hallar əksini tapıb.

Sənədə əsasən hadisənin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi ilə bağlı sığortaçı, sığortalı və (və ya) üçüncü şəxs arasında mübahisə olmadıqda və hadisə nəticəsində sağlamlığa zərər dəymədikdə DİN-in səlahiyyətli orqanının (vəzifəli şəxsinin) arayış (hadisə ilə bağlı təsdiqedici sənəd) tələb olunmayacaq. Sığortaçı, sığortalı və (və ya) üçüncü şəxs arasında mübahisə olduqda və hadisə nəticəsində sağlamlığa zərər dəydikdə isə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs mümkün olan ən qısa müddət ərzində səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.