vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
AVROPA  
17:24 | 20 iyun 2014 | Cümə Məqaləyə 2525 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Çexiya AB-yə qarşı

Zeman Rusiyaya qarşı sanksiyalara etiraz edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Çexiya prezidenti Miloş Zeman Rusiyaya qarşı sanksiyalar tətbiq edilməsinə heç bir əsas görmür.


Zeman Rusiya mediasına müsahibəsində bildirib ki, əməkdaşlığı inkişaf etdirməyə şans olduğu halda nəyə görə Rusiya Avropa Birliyindən kənarlaşdırılmalıdır? Kənarlaşdırma heç vaxt uğur gətirməyib. Əksinə ancaq inamsızlıq və anlaşılmazlıqla nəticələnib. Bu da çox pisdir.

Çexiya prezidentinin fikrincə, rusiyalılar üçün ölkəyə giriş vizaları da mənasız maneədir və onları ləğv etmək olar.

Miloş Zeman, həmçinin Rusiya turistlərinin Çexiyaya gələrkən yalnız Praqa və Çeski Krumlyov şəhərlərini gəzməklə kifayətlənmələrinə təəssüfləndiyini bildirib və qeyd edib ki, ölkənin elə regionlar var ki, rusların o yerlərə heç ayağı dəyməyib. Bu pis haldır.