3 qonşunun 4 tərəfdən hücumu
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
11:40 | 4 mart 2019 | Bazar ertəsi
Məqaləyə 2970 dəfə baxılıb
Şriftin ölçüsü
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
Ukrayna ordusunda çinlilər də döyüşür
Qazaxıstanlı musiqiçilər Azərbaycan prezidentinin şərəfinə Müslim Maqomayevin mahnısını ifa etdilər
... Cənubi Qafqazda sabitliyə təhdid
İrqçilik kökünə işləyən Kobaxidzenin islamafobiyadan da əziyyət çəkirmiş
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
Rusiya işğal edilmiş Krımın “qanuniləşdirilməsinə” istiqamətləndirilmiş səylərini fəallaşdırıb. Bu təxribatlar müxtəlif formalarda həyata keçirilir. Krıma turist axını təşkil etməyə çalışır, Krımda istehsal olunan malların başqa ölkələrdə satışını təşkil edir, Krımı Rusiya ərazisi kimi göstərən xəritələri müxtəlif ölkələrə göndərirlər. Bu siyasəti Azərbaycanda da həyata keçirməyə çalışıblar və hər siqnal alınınca Azərbaycanın hüquq-mühafizə orqanları bu təxribatların qarşısını alıb.
Rusiyadakı mərkəzlər, nəhayət, anlamalıdırlar ki, Krımın Rusiya ərazisi kimi tanıtdırılmasının Azərbaycanda həyata keçirilməsinə imkan verilməyəcək. Birincisi, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır, ikincisi, Azərbaycan özü separatçılıqla mübarizə aparır və başqa separatçılara öz ərazisində fəaliyyət göstərməyə imkan verə bilməz.
Buna baxmayaraq, Rusiyadakı bəlli mərkəzlər dayanmaq bilmirlər. Məsələn, Rusiya bu il müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda iqtisadi toplantılar və birgə forumlar keçirmək istəyir. Nümayəndə heyətlərinin tərkibinə Krımdan olan biznesmenlərin və layihələrin daxil edilməsi təşəbbüsləri istisna deyil. Diqqətli olmalıyıq. İstisna deyil ki, Rusiya sahibkarlarının Azərbaycana biznes-missiyası çərçivəsində (4-6 aprel 2019-cu il) işğal edilmiş Krımın biznes nümayəndələrini də daxil etməyə cəhd etsinlər. Belə təşəbbüslər olarsa, bunun qarşısı əvvəlcədən alınmalıdır.
Krımda ciddi sosial-iqtisadi problemlər hökm sürür, turizm sahəsində irəliləyiş yoxdur. Rusiyanın Krımı izolyasiyadan çıxarmaq və xarici dövlətlərlə əməkdaşlığa təşviq etməsi bu 5 ildə mümkün olmadı. Belə olan halda Kreml Krımı tanıtdırmaq üçün təxribatlara əl atır.
Bu arada, Azərbaycanın işğal altındakı torpaqlarında Rusiya və erməni şirkətlərin həyata keçirdiyi qanunsuz fəaliyyəti xatırlamaq yerinə düşər:
Bu siyahını uzatmaq da olar. Bəlkə elə buna görədir ki, Rusiya Azərbaycanla ikitərəfli sənədlərə işğal altında olan Azərbaycan ərazilərində qanunsuz fəaliyyət və qanunsuz məhsulların tədarükünün qadağan edilməsi haqqında müddəaları daxil etməkdən çəkinir. Belə bir saziş Azərbaycanla Ukrayna arasında mövcuddur. Rusiya isə separatçılara dəstək siyasətinə görə Azərbaycanla və digər dövlətlərlə oxşar saziş imzalamaq istəmir.
Milli Məclisdə müzakirələr zamanı bir qrup millət vəkili işğal edilmiş ərazilərdə təbii resursları hasil edən Rusiya şirkətlərini məsuliyyətə cəlb etməyə imkan verən qanun layihəsinin hazırlanması haqqında təşəbbüslər irəli sürüb. Bu təşəbbüslərin qanun halına gətirilməsinə ehtiyac var. (“Atlas” Araşdırmalar Mərkəzi)