vaxtlı-vaxtında oxuyun! Cümə, 20 sentyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
REGİON  
12:18 | 21 fevral 2019 | Cümə axşamı Məqaləyə 453 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Başdan-ayağa şüar yığını”

Rusiya ekspertləri Vladimir Putinin 2019-cu il ismarıcını analiz edirlər

Dmitri REMİZOV, rosbalt.ru

MÖVZU İLƏ ƏLAQƏLİ

Dövlət başçısı çoxlarının yeni sosial siyasət kimi qəbul etdiyi tapşırıqları əsirgəmədən verirdi. Ekspertlər aldanmamağı təklif edirlər. İsmarıcda müsbət sayılması mümkün məqamlar var – amma yalnız nəzəriyyədə.

Prezidentin 2019-cu il ismarıcı müxtəlif vədlərlə bərq vurur: burada həm çoxuşaqlı ailələrə əlavə pul, həm ipoteka üçün güzəştlər, həm pensiyaların indeksasiyası, həm uşaqların xərçəng xəstəliyi ilə mübarizə üçün bir trilyon pul, həm “camaat həkimi” proqramı üçün yaş məhdudiyyətinin ləğvi və sair və b.k. var… Bu bolluqdan kiməsə elə gəlib ki, Vladimir Putin , az qala, “sosializim” qurmağa hazırlaşır. Amma ekspertlər sadədil rusiyalıların gözləntilərini soyutmğa hazırdırlar: söhbət çox sayda vətəndaş üçün hansısa yeni, böyük xərclərdən getmir. Lakin hətta bəzən ayrılan pullar da həmişə vətəndaşlara çatmır. Yerinə yetirilməmiş “may sərəncamı” buna örnəkdir.

Maliyyə naziri və baş nazirin I müavini Anton Siluanov ismarıcı şərh edərək deyib ki, Putinin əhaliyə bəhs etdiyi sosial dəstək tədbirlərinin  gerçəkləşdirilməsinə hər il 100-120 milyard rubl gərək olacaq. Bununla yanaşı, məsələn, prezidentin səsləndirdiyi  pensiyaların yaşayış minimumu səviyyəsinədək indeksasiyası bu il 15-20 milyard rubla oturacaq.

KMF (Korrupsiya ilə Mübarizə Fondu - red.) Strateji Analiz İnstitutunun direktoru, iqtisad elmləri doktoru İqor Nikolayev şərh edir: “Bu, büdcə üçün o qədər də böyük yük deyil. Federal büdcə xərclərinin, təxminən, 20 trilyon rubl təşkil etdiyi nəzərə alınsa, onda Siluanovun dediyi məbləğ yarım faizdir. Əminəm ki, bu rəqəm Siluanova hələ ismarıc elan edilənədək məlum idi. Belə şeylər ismarıca düşməmişdən hazırlanır və hesablanır”.

Ekspert yada salır ki, indiki ildə büdcənin təkcə kəsiri 2 trilyon, növbəti və 2021-ci ildə isə, haradsa, bir trilyon rubl planlaşdırılır. İqor Nikolayev hesab edir: “100-200 milyard rəqəmi yetərincə asan sayılır. Budur, dövlət ipoteka üçün güzəştlər, üçuşaqlı ailələrə 450 min rubl ödəniş vəd edib. Bizdə nə qədər belə ailə ola bilər? Rəqəm yetərincə “hesablayıcıdır”. Səhiyyə və təhsilə əlavə nə qədər xərclənəcəyi də hesablanıb”.

Çağdaş İnkişaf İnstitutunun (İNCOP) müşaviri Nikita Maslennikov da əmindir: “Prezidentin ismarıcında böyük “yeni pul”dan söz açılmır”. İNCOP-un müşaviri izah edir: “Söhbət daha çox milli layihələrin gerçəkləşdirilməsi planında konkret vurğuların qoyulmasından gedib. Məsələn, biz qabaqkı siyasi silsilədə ürək-damar xəstəlikləri üzrə əsaslı irəliləmişik, buna görə indi artıq xərçəng xəstəlikləri ilə mübarizə üçün prioritet formalaşdırılır. Və uyğun milli layihə ideologiyasının işlənməsilə təzəcə məşğul olarkən onkologiyaya bu keçid ideyası izlənilir və nəzərdə tutulurdu. Bu, indi, sadəcə, konkret məzmun alıb. Qalan bütün təkliflər üzrə də belədir: dəqiqləşdirmək niyyətindədirlər – birinci növbədə nəyə diqqət yetirmək və hansı vurğuları gücləndirmək gərəkdir”.

Lakin Nikita Maslennikov qeyd edir ki, hər şey sonrakı perspektivdə çox xoş görünmür. Ekspert deyir: “Milli layihələrlə sistemli risk duyumunun ümumi problemi var. Dövlətin bu layihələrə təkbaşına dözəcəyinə şübhə var – qoyduğu hədəflərə çatmaq baxımından”.

İNCOP-un müşaviri əmindir ki, dövlət biznesi bu milli layihələrə cəlb etmək ehtiyacı qarşısında qalacaq. Nikita Maslennikov bildirir: “Söhbət milli layihələri öz yatırımları ilə dəstəkləyəcək biznes üçün praktik olaraq yenidən təkanverici işgüzar mühitin yaradılmasından gedir. Hədəfə çatmaq üçün maliyyənin bəs etməyəcəyi konkret sahələrdə nəsə etmək lazım gələcək ki, bu yatırımlar cəlb olunsun. Konkret nə – hələlik indidən demək çətindir, bu daha dürüst iş tələb edir”.

İqtisad elmləri doktoru Sergey Smirnov hesab edir ki, prezidentin ismarıcında konkretlik yox idi. Prezident Putinin səsləndirdiyi planların maliyyələşmə qaynağı aydın deyil. Ekspert deyir: “Hesablamaq gərəkdir. Əmin deyiləm ki, bütün bunlara prezident fondundan, ya baş nazirin fondundan kifayət edər. Burada suallar meydana çıxır”.

Pensiyaların indeksasiyasına haradan pul götürəcəkləri azdan-çoxdan aydındır. Cəmiyyəti qalan hesablamalarla hələlik tanış etməyiblər. Sergey Smirnov vurğulayır: “Ümumiləşdirilsə, onda bütün bunlar indi şüar səviyyəsində səslənir, çünki konkret hesablamalar görmürük. Prezident aparatı izah etməliydi – bu məqsədə bu qədər milyard xərcləyəcəyik, bu vəzifələrə bu qədər. Hələlik isə vədlər şüar yığını kimi səslənir – “gücləndirmək”, “dərinləşdirmək”. Biz artıq 30 il qabaq bundan keçmişik və hər şeyin nə ilə qurtardığını bilirik. Nəyin neçəyə başa gələcəyini hesablamaq, artıq sonra isə federal büdcəyə və bölgələrin büdcələrinə, ola bilsin, büdcə üçilliyinə düzəliş etmək və bu pulları haradan götürəcəyimizə baxmaq gərəkdir. Amma maliyyə problemlərinin ümumi miqyası hələlik aydın deyil”.

Səhiyyə işçilərinin bölgələrarası “Fəaliyyət” həmkarlarının təşkilat katibi Andrey Konoval qeyd edib ki, ismarıcda müsbət  sayılması mümkün məqamlar var. Amma bu, nəzəriyyədədir. Lakin nəzəriyyə çox tez-tez sərt gerçəkliklə toqquşur. Gerçək həyatda məlum olur ki, iqtisadçıların hesabladıqları pullar bəs etmir. Ya da bəs edir, amma həmin məqsədlərə və borclu olduqları adamlara deyil…

…Belə çıxır ki, bu gün dövlətin, ən azı, pulu var. Amma o, birincisi, bunu son dərəcə simicliklə xərcləyir. İkincisi, bu pullar bölgələrə gedən yolda qismən itirilir. Nəticədə hökumət məımurları sosial xərclər haqda hesabat verir, bölgələr özünü elə göstərir ki, orada hər şey qaydasındadır, rusiyalıların gəlirləri isə – hətta rəsmi statistikaya görə fikir yürüdülsə – düşməkdədir.

Vladimir Putinin hamımızın çox gözəl Rusiyada yaşamaq istədiyimiz mövzusundakı çıxışı haqda acı şərhlər artıq zəhlə tökür. Amma hər il hər şey yenidən təkrarlanır.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *