vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 15 oktyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
16:08 | 18 iyul 2019 | Cümə axşamı Məqaləyə 1244 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İldırımsürətli savaş planı

Türkiyədəki azərbaycanlı politoloqdan sensasion təklif: “Ermənistan, faktiki, müttəfiqsiz qalıb...”

Analitik xidməti

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə ilə Rusiya arasında hərbi əməkdaşlıq Qərbdə güclü qıcıq və narahatlıq doğurmasına rəğmən, artıq yeni mərhələsinə adlayıb. Ankara ilə Vaşinqton arasında “S-400” böhranı pik həddə çatdığı vaxtda isə Rusiyadan Türkiyəyə yeni təklif gəlib. Məlumatlara görə, Moskva Ankaraya analoqu olmayan yeni nəsil döyüş təyyarələri - “Su-57”lər sata biləcəyini açıqlayıb. Rusiya baş nazirinin müavini Yuri Borisov bu xüsusda deyib ki, təyyarələrin satışını nəzərdə tutan müqavilə üçün görüşlərin keçirilməsi istisna deyil. ”Niyə mümkün olmasın? Artıq əlimizdə bunun mümkün olduğuna dair bir nümunə də var” - Borisov bildirib.

Şimal qonşumuz, Qarabağ məsələsində vasitəçi olan və işğalçı Ermənistanın 1 nömrəli müttəfiqi sayılan Rusiya ilə 1 nömrəli müttəfiqimiz Türkiyənin daha da yaxınlaşması, sözsüz ki, Azərbaycanda da diqqətlə izlənilir. Bizim üçün ən önəmlisi təbii ki, bu prosesin Qarabağ konfliktinin həll perspektivinə hansısa formada təsiri ilə bağlıdır.

 

***

 

“Böyük dövlətlərin maraqları, dünya gündəmindəki digər mühüm mövzular, əfsus ki, Dağlıq Qarabağ məsələsində status-kvonun saxlanmasına yardım edir. Dünyada baş verən böyük dəyişikliklərə baxmayaraq, bizim regionda heç nə dəyişmir”. Bu barədə Axar.az-ın rus versiyasına açıqlamasında Türkiyədə yaşayan tanınmış azərbaycanlı politoloq Toğrul İsmayıl konflikt ətrafında son durumu şərh edərkən deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın genişmiqyaslı hərbi əməliyyatlara başlamalı olmasını demək tez olsa da, zamanla bu, zərurətə çevrilə bilər: “Hələlik problemin dinc həll variantı prioritet olmalıdır. Bakı Dağlıq Qarabağ ətrafındakı bütün rayonların tam boşaldılmasını tələb eləməlidir. Bakı bundan ötrü hərbi yox, antiteror xarakterli addıma gedə bilər - hansı addıma ki, beynəlxalq prinsiplərə əsasən, istənilən dövlətin hüququ var. Amma bundan ötrü ciddi hazırlıq lazımdır. Düşmən qüvvələr bu yerlərdə çoxdan oturuşub və o səbəbə proses asan olmayacaq”.

Ekspertin fikrincə, 2016-cı ilin aprel hadisələri göstərib ki, Azərbaycan çox şeyə nail ola bilər. “Hərçənd başlanğıcda müəyyən qüvvələrini itirə bilər. Bu, həmişə olur”, - deyə politoloq vurğulayıb.

Bəs müharibə və ya antiteror əməliyyatı zamanı Türkiyə Azərbaycana kömək edəcəkmi?

Toğrul İsmayıl hesab edir ki, bu, Azərbaycanın öz hərəkətləri üçün nə dərəcədə beynəlxalq hüquqi əsas hazırlamasından asılı olacaq: “Təbii ki, Bakı Rusiya hökumətini inandırmalıdır ki, o, yalnız öz ərazilərini qaytarır. Hər halda, Moskva bu proseslərə mane olmağa çalışacaq. Əgər sülh danışıqları nəticə verməsə, aydındır ki, hərbi əməliyyatlar gerçək olacaq”.

Politoloq daha sonra deyib: “Azərbaycan ildırım sürəti ilə hərəkət etməlidir. Ona görə ki, əgər əməliyyatlar uzansa, o zaman Rusiya başqa cür hərəkət edəcək. Hamımız bilirik ki, Rusiya Ermənistanın müttəfiqidir. Hərçənd aydındır ki, ermənilər ruslara heç nə ilə kömək edə bilməzlər və müttəfiqlik də sırf Ermənistanın Cənubi Qafqazdakı coğrafi mövqeyinə görədir - harada ki, rus bazası var. Bu səbəbdən Moskva onu itirmək istəməz. Biz görürük ki, Ermənistan nə iqtisadi, nə də siyasi anlamda sabitdir. O, özünün aqressiv siyasəti ucbatından onsuz da dalana girib. Demək olar, İran istisna olmaqla, Ermənistan, faktiki, müttəfiqsiz qalıb”.

Azərbaycanlı analitikə görə, Bakının antiterror əməliyyatı aparması çox vacibdir. “Yəni bu, o deməkdir ki, Bakı günahsız, silahsız əhalinin yaşadığı ərazilərdə müharibə aparmır, yalnız onun torpaqlarını ələ keçirənlərlə - işğalçı və terrorçularla döyüşür. Əgər Azərbaycan bu prosesə başlasa, onu yalnız antiterror əməliyyatı kimi təqdim etməlidir. Bu, Azərbaycanın nə istədiyini hamının başa düşməsinə imkan verəcək. Qarabağ Azərbaycan ərazisidir və dünya birliyi də bunu belə qəbul edir. Azərbaycanın onun torpaqlarını könüllü şəkildə tərk eləmək istəməyən terrorçu və işğalçılardan, hər cür qruplaşmalardan öz ərazilərini təmizləmək hüququ var”, - deyə, sonda ekspert əlavə edib.

***

Bu hüququn gerçəkləşməsi yönündə Bakı habelə Rusiya ilə Türkiyənin görünməmiş şəkildə yaxınlaşmasından yararlanmağı bacarmalıdır. Çünki Bakının əsaslandırılmış və beynəlxalq hüquqa söykənən antiterror əməliyyatına görə Moskva çətin ki, əlaqələri yüksəlişdə olduğu Türkiyə ilə münasibətləri geri çevirsin, Ankara ilə çoxmilyardlıq iqtisadi-energetik layihələri (Akkuyu AES, “Türk axını” və s.) və bahalı silah anlaşmalarını dondursun. Bu istisnadır. Ehtimal olunan budur ki, onlar Bakının Qarabağ ətrafında antiterror əməliyyatı zamanı da dil tapacaqlar.

Qardaş ölkə isə bu əməliyyat zamanı yüzdə-yüz Bakının yanında olacaq. Bu, birbaşa hərbi kömək şəklində deyil, - buna heç lüzum da yoxdur, - başqa formada ola bilər. Məsələn, Naxçıvanda bircə Türkiyə bazasının olması yetərlidir ki, Ermənilər həmin istiqamətdə təxribata əl atmasınlar və Azərbaycan Ordusu rahat şəkildə materik hissədə işğalçılarla haqq-hesabı çürütsün.

Üstəgəl, Azərbaycan bu əməliyyatla Moskvanın regional maraqlarına toxunacaq addım atmağa, onun forpostu Ermənistana hücum etməyə hazırlaşmır. Nəhayət, belə bir nüans da nəzərə alınmalıdır: tarix göstərir ki, Rusiya ilə Türkiyənin yaxınlaşması çətin ki, uzunömürlü ola. Çünki bu iki dövlətin regional maraqları zaman-zaman toqquşub, indi də əslində toqquşur. İmperiya maraqları isə Moskvanı bir qayda olaraq, öz dost-müttəfiqlərini siyasi bazarlığa çıxarmağa mane olmur.

Odur ki, bir az da tələsməliyik...


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *