vaxtlı-vaxtında oxuyun! Bazar, 28 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
OLAY  
10:08 | 28 iyun 2014 | Şənbə Məqaləyə 3112 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Siz bilirsiz mən kiməm?»

Diletant oğrudan professional manevrlər

MÖVZU İLƏ ƏLAQƏLİ

İyunun 25-dən etibarən gündəmin əsas mövzularından biri də heç şübhəsiz ki, mərhum Sevinc Babayevanın oğlu Ayxan Məmmədovun həbsidir. «Favorit» marketin 4-cü mikrorayondakı (Binəqədi rayonu, Mir Cəlal küçəsi 59 k, «Tərlan» şadlıq sarayının yaxınlığında) filialından ətir oğurladığı üçün həbs edildiyi iddia olunan A.Məmmədov 3,5 il müddətinə azadlıqdan məhrum edilib. Mediada dolaşan versiyalardan biri bu həbsin siyasi sifariş olması, «ətir oğurluğu» faktından isə bu işdə sadəcə bəhanə kimi istifadə edilməsidir.


Vaxt.az xəbər verir ki, «Yeni Müsavat»ın müxbiri isə baş vermiş oğurluq hadisəsinin təfərrüatlarını öyrənmək üçün sözügedən marketdə olub. Marketin filial rəhbəri (təəssüf ki, özünü təqdim etməyə və adının mediada hallandırılmasına etiraz etdi - S.T.) əməkdaşımızla söhbətində bildirdi ki, adlarının bu məsələdə «sifarişi icra edənlər» kimi hallandırılmasından narazıdılar. Təmsilçinin sözlərinə görə, burada söhbət xırda, kiçik ətir oğurluğundan getmir. Belə ki, A.Məmmədovun oğurluğu böyük miqdarda olub: «O adam marketdən külli miqdarda alver edib. Şirniyyatdan tutmuş kolbasaya, ətə, içkiyə qədər hər şey alıb. Ətir də olub aldıqlarının arasında. Hamısının tam məbləğini bilmirəm, amma polis bunu hesablayıb. Sonra isə yaxınlaşıb boş kassaya. 

Günün müəyyən saatında kassalardan biri boş olur, əməkdaşlar növbə ilə yeməyə gedirlər. Həmin boş kassaya yaxınlaşıb, özü yavaş-yavaş aldıqlarını oradakı torbalara yerləşdirib. Torbaları qoyub yerə, gedib bayırda siqaret çəkməyə. İz itirmək üçün belə edib. Sonra isə qayıdıb torbaları götürüb. Bu məqam təhlükəsizlik kamerasına nəzarət edən əməkdaşları onun hərəkətlərindən şübhələndirib və onlar Ayxanı mağazanın qapısında yaxaladılar». 

Market təmsilçisi bildirdi ki, A.Məmmədov yaxalanan kimi «siz bilirsiz mən kiməm», tipli etirazlar edib. Bundan sonra market rəhbərliyi sahə müvəkkilinə baş vermiş hadisə ilə bağlı məlumat verib. Oğurluğun araşdırılması daha sonra məhkəmə instansiyasında davam edib. Mart ayında baş vermiş oğurluq hadisəsinin məhkəmə istintaqı da bir müddət çəkib. 

Xatırladaq ki, Cinayət Məcəlləsinin 177.2.2-ci (təkrar oğurluq) maddəsi ilə ittiham olunan Ayxan Babayevin barəsində ibtidai istintaq və məhkəmə dövründə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib və o, bu müddətdə azadlıqda olub. Onun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi 25 iyunda yekunlaşıb. Məhkəmənin qərarı ilə A.Məmmədov  zaldaca həbs edilib və 1 saylı istintaq təcridxanasına aparılıb. 

Qanunvericilik bu hadisə ilə bağlı nə deyir? 

Cinayət Məcəlləsinin 177.2.2. (təkrar oğurluq) maddəsinə görə, üç min manatdan beş min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. 

Halbuki 177.1-ci maddə (oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama) yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.