vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
OLAY  
01:03 | 2 aprel 2014 | Çərşənbə Məqaləyə 2818 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gülər Əhmədovanın istintaqı yenilənir

Sabiq deputatın kasasiya şikayəti qismən təmin edildi

Sevinc TELMANQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Aprelin 1-də Ali Məhkəmədə həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə kasasiya şikayətinə baxıldı. Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə əvvəldən də gözlənildiyi kimi, G.Əhmədova iştirak etmədi. Məhkəmə G.Əhmədovanın kasasiya şikayətini qismən təmin etdi. Qərarda göstərildi ki, Apelyasiya Məhkəməsində proses qismən istintaqla aparılacaq, əlavə şahid və ekspertlər yenidən dindiriləcək.

Qərar Apelyasiya Məhkəməsinə göndəriləndən sonra sözügedən instansiyada növbəti məhkəmə iclasının vaxtı təyin ediləcək. Vəkil Əfsər Talıbov prosesin nə zaman keçiriləcəyi ilə bağlı məlumatsız olduğunu bildirdi.

Xatırladaq ki, Bakı Apelyasiya Məhkəməsində keçirilən iclas zamanı vəkil Əfsər Talıbov məhkəmənin istintaqla aparılması və digər bir neçə vəsatət verib. Lakin vəsatətlər təmin edilməyib. Bunun üçün prosesin ilkin baxış iclasının qərarından Ali Məhkəməyə kasasiya şikayəti ilə müraciət olunub. Kasasiya şikayətinə baxıldıqdan sonra Bakı Apelyasiya Məhkəməsində proses davam etdiriləcək.

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Ötən il fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmündə onun ifadəsi özünümüdafiə kimi qiymətləndirilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb. Həmin hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apelyasiya şikayəti ilə məhkəməyə müraciət edib.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. (musavat.com)