vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
GÜNDƏM  
08:37 | 10 iyul 2014 | Cümə axşamı Məqaləyə 2353 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kannda «Azərbaycan günləri» başlayır

Mehriban Əliyeva şəhər meri Devid Lisnard ilə görüşüb

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD FOTO

İyulun 9-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Kann şəhərinin meri Devid Lisnardla görüşüb.

Azərbaycanın artıq ikinci dəfədir ki, Kannda silsilə tədbirlər keçirdiyini xatırladan Devid Lisnard ötən ilkindən fərqli olaraq bu dəfə ölkəmizin idman tədbirlərinə üstünlük verdiyini, bunun Kann şəhərinin inkişaf məqsədləri ilə üst-üstə düşdüyünü söyləyib.

Mehriban Əliyeva isə Azərbaycanın öz mədəni dəyərlərini Kann şəhərində təqdim etməkdən şad olduğunu bildirib.

Builki proqramda idmanla bağlı tədbirə geniş yer verildiyini vurğulayan Mehriban Əliyeva bunun 2015-ci ilin yayında ilk Avropa oyunlarının Bakıda keçiriləcəyindən irəli gəldiyini deyib.

Görüşdə birgə reallaşdırılacaq layihələr barədə fikir mübadiləsi aparılıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.