vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
PROBLEM  
20:09 | 14 iyul 2014 | Bazar ertəsi Məqaləyə 2776 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Prezidentin vicdansızlıq dediyi işlər olur

Binəqədi İcra Hakimiyyətindən xəbərsiz ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakıda növbəti «ağac qətliamı» həyata keçirilir. Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi, 72 ünvanında ağaclar qanunsuz olaraq kəsilir. Bu barədə virtualaz.org saytına həmin ünvanda yaşayan sakinlər məlumat verib.

Sakinlərin sözlərinə görə, artıq bir neçə gündür ağacların kütləvi şəkildə məhv edilməsinə başlanılıb. Sakinlər buna etiraz etsələr də onların qarşısı polis tərəfindən alınıb. Polislər onlara xəbərdarlıq edib ki, buna hansısa formada müdaxilə etsələr, məsuliyyətə cəlb olunacaqlar.

Sakinlərin sözlərinə görə, bir neçə il əvvəl də ərazidəki yaşıllığın bir hissəsi məhv edilib, ağaclar kəsilib, boşalan torpaq sahəsi isə zəbt olunub. Yerində isə kafe və ticarət mərkəzi tikilib.

İndi də kəsilən ağacların yerində hansısa obyektin tikiləcəyindən narazı olan sakinlərə deyiblər ki, burada guya dövlət əhəmiyyətli bina tikilir. Sakinlər isə bununla razılaşmır. Çünki əvvəl də ağaclar kəsilən zaman onlara belə deyilib. Sonradan isə kafe tikilib.

«Yaşıllıqları məhv etmək olmaz. Bu istidə nəfəs almaq mümkün olmayacaq. Uşaqlarımız orada oynayırdılar. Bizə əvvəl dedilər ki, guya uşaqlar üçün kiçik park salırlar, sonradan bəlli oldu ki, hansısa biznesmen burada obyekt tikdirir. Burada hansı obyektin tikiləcəyi bəlli deyil. Bütün işlər polis nəzarəti altında aparılır. Binanın qarşısına gələn su borusunu da kəsiblər. Belə özbaşınalıq olmaz. Bütün dövlət qurumlarına - Prezident Administrasiyasına, Binəqədi Rayon İcra Hakimiyyətinə, Heydər Əliyev Fonduna müraciət etmişik. Şikayətlərimizə baxan yoxdur» - deyə sakinlər bildirib.

Bu şikayətlə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən virtualaz.org saytına bildirildi ki, məsələdən xəbərsizdirlər və bununla bağlı araşdırma aparacaqlar.

Yada salaq ki, prezident İlham Əliyev may ayında keçirdiyi müşavirədə bu məsələyə toxunmuş və ağacları gecə ikən qıraraq yerində hər hansı obyekt tikməyi «vicdansızlıq» adlandırmışdı.