vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
00:35 | 9 avqust 2014 | Şənbə Məqaləyə 2695 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ebola dünyaya təhlükədir

Virusun yayılmasının qarşısını almaq üçün bütün dövlətlər fövqəladə vəziyyət elan etməli olacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) avqustun 8-də keçirdiyi mətbuat konfransında bildirib ki, Ebola virusunun beynəlxalq səviyyəli təhlükə daşıdığını bildirib. Virusun yayılmasının qarşısını almaq üçün bütün dövlətlər fövqəladə vəziyyət elan etməli olacaqlar.

«Yoluxmaların qeydə alındığı ölkələr bu genişlikdə yayılmanın qarşısını almağa hazır deyillər», - ÜST baş direktoru Marqaret Çan (Margaret Chan) bildirib. O, beynəlxalq ictimaiyyəti virusla üz-üzə qalmış ölkələrə təcili yardım göstərməyə çağırıb.

ÜST öncədən yüksək təhlükə vəziyyətini 2009-cu ildə «donuz qrippi» üçün elan etmişdi.

Həftəsonunadək təşkilat Qərbi Afrikada Ebola virusunun yayılmasının ağırlığı qiymətləndirmək və yayılmanın qarşısını almaq haqda müzakirələr aparmaq üçün xüsusi ekspertlərin iştirakı ilə təcili toplantı keçirəcək.

Xatırladaq ki, virus ilk olaraq mart ayında Qvineyada qeydə alınıb, sonra isə Sierra Leone və Liberiyaya yayılıb. Hər üç ölkə fövqəladə vəziyyət elan edib.

Ən ölümcül başlanğıc

ÜST Ebola virusunun başlanğıcını indiyədək görülməmiş kimi təsvir edib. Bu günə, virusdan 932 nəfər ölüb, digər 1700 nəfərin ölüm riski isə 50 faiz qiymətləndirilir.

«Sərhədsiz Həkimlər» təşkilatı virusun nəzarətdən çıxdığını bildirib, ABŞ səhiyyə qurumları isə ehtimal edib ki, patogenin Afrikadan kənara çıxmasının qarşısını almaq mümkün deyil.

Virusa yoluxmuş ilk avropalı, ispaniyalı katolik keşiş Miquel Paxares (Miguel Pajares) Liberiyadan İspaniyaya avqustun 7-də uçub. 75 yaşlı keşişin vəziyyəti sabitdir. Virus daşıyıcısı olan iki ABŞ vətəndaşı isə Atlantada müalicə alırlar. Onlar da virusa Liberiya yoluxublar, ancaq müalicə nəticəsində vəziyyətlərinin düzəldiyi bildirilir.

Qeyd edək ki, Ebola virusu ilk dəfə 1976-cı ildə Konqo Demokratik Respublikasında tapılıb. Virus ağır hərarət, baş ağrısı, ürək bulanması və qanaxma ilə müşayiət olunur və bədən mayeləri vasitəsilə yayılır.