vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
TÜRK DÜNYASI  
17:42 | 26 avqust 2014 | Çərşənbə axşamı Məqaləyə 2399 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Son zəng»

Abdullah Gül İlham Əliyevlə telefon danışıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Türkiyə Respublikasının XI prezidenti Abdullah Gül Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. Modern.az saytı xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.

Məlumata görə, Abdullah Gül prezidentlik fəaliyyəti dövründə Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluğunu ifadə edib, bu əlaqələrin inkişafında Azərbaycan prezidenti İlham Əliyevlə olan şəxsi dostluq münasibətlərinin rolunu xüsusi vurğulayıb.

Xoş sözlərə görə Abdullah Gülə minnətdarlığını bildirən prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin möhkəmləndirilməsində Abdullah Gülün xidmətlərini xüsusi vurğulayıb, ölkələrimiz arasında ikitərəfli əlaqələrin bundan sonra da daim yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə edib.