vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AMERİKA  
19:18 | 28 yanvar 2016 | Cümə axşamı Məqaləyə 2270 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kanadanın himni dəyişdirilir

Qadınlara görə…

MÖVZU İLƏ ƏLAQƏLİ

Kanada parlamentində Liberal partiyasını təmsil edən deputat Moril Belanje Kanadanın dövlət himninin dəyişdirilməsi ilə bağlı qanun layihəsini müzakirə olunmaq üçün təqdim edib.

Qanun layihəsinə əsasən, «O, Kanada» adlı himndə qadınlara da yer ayrılmalıdır. «Bu qanun vasitəsilə mən Kanada uğrunda çalışmış, mübarizə aparmiş qadınların haqqını vermək istəyirəm», - Belanje belə deyib.

Virtualaz.org saytı «RİA Novosti» agentliyinə istinadən bildirir ki, hazırda Kanadanın ingilis dilində olan dövlət himnində Kanadanın «bütün oğullarının» vətənə sevgisindən bəhs olunur. Deputat isə bu ifadəni «hamı»ya əvəz etmək fikrindədir. Himnin fransız dili versiyasında belə ifadə olmadığından, onu dəyişmək tələb olunmur.