vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
20:18 | 11 aprel 2016 | Bazar ertəsi Məqaləyə 829 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sərkisyan ... miras alıb»

Levon Ter-Petrosyan: «Qarabağ müharibəsi diplomatik cəbhəyə keçir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə qarşıdan gələn danışıqlarda mövqelərini gücləndirməyə çalışacaq. Virtualaz.org xəbər verir ki, bunu «İlur» portalına müsahibəsində Azərbaycanın son hücumlarının hansı məqsəd daşıdığı barədə sualı şərh edən Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan deyib.

Atəşkəs rejiminin bu cür ciddi pozuntularının təkrarlana bilmək ehtimalı barədə suala cavab verərkən Ter-Petrosyan bildirib ki, atəşin dayandırılması barədə razılaşmanın Rusiyanın vasitəçiliyi ilə baş verdiyini nəzərə alsaq, «kiçik pozuntular» nəzərə alınmamaqla, Rusiya genişmiqyaslı pozuntulara yol verməməyə qadirdir. «Bunun nəticəsi olaraq, gələcək danışıqlarda Rusiyanın rolunun əhəmiyyəti artır», - deyə o bildirib.

Danışıqlarda hansı sənədin masaya qoyulacağı və Ermənistan tərəfindən torpaqların təhvil verilməsi ilə yanaşı, regiona sülhməramlıların yeridilməsi ehtimalını şərh edən Ter-Petrosyan bildirib ki, Ermənistan və Azərbaycan prezidentlərinin prinsipial razılıq verdikləri Madrid sənədləri həm bu, həm digər ehtimalı nəzərdə tutur. Bununla yanaşı, birinci prezident qeyd edib ki, Sərkisyan Madrid prinsiplərini Robert Koçəryan və onun administrasiyasından miras kimi qəbul edib.

Ter-Petrosyan əmin olduğunu bildirib ki, qarşıdan gələn danışıqlar prosesində Ermənistan sərt, lakin konstruktiv mövqedən çıxış etməlidir.

«Tezliklə müharibə döyüş meydanından diplomatik cəbhəyə keçəcək. Danışıqlar masası arxasında Serj Sərkisyan özünü güclü hiss etməlidir», - deyə o bildirib.