vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
16:23 | 24 oktyabr 2016 | Bazar ertəsi Məqaləyə 787 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İrəvanda hamı Moskvaya axışır

«Axşamlar pəncərədən baxırsan, evlərdə işıq da yanmır»

MÖVZU İLƏ ƏLAQƏLİ

İrəvan bazarında alıcıların sayı gündən-günə azalır. Pressday.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu bazardakı satıcılar da təsdiqləyir və narazılıqlarını bildirirlər.

«Xalqın alıcılıq qabiliyyəti yoxdur, iş yoxdur, əldə pul da yoxdur, vəziyyət tamamilə iflic olub. Adamlar heç nə almaq imkanında deyillər. Əgər hökumət belə siyasət yürütməkdə davam edəcəksə, Ermənistan tamamilə boşalacaq. 

Biz yeni baş nazirə bəzi ümidlərimizi bağlayırıq. O, ciddidir, nizam-intizamlı adamdır. Ola bilsin ki, o, ölkə üçün yaxşı nəsə dəyişsin, bu, yuxarıdan təzyiq göstərilməsə mümkündür», - satıcılardan biri deyib. 

Digər satıcı da qiymətlərin yüksək, pulun olmaması səbəbindən vəziyyətin bu kökə düşdüyünü bildirir: «Adamlar gəlirlər, baxıb gedirlər, yaxud çox az şey alırlar».

Üçüncü satıcı əlavə edir: «Bütün xalq Moskvaya yollanır. Artıq burada heç kim qalmayıb. Axşamlar pəncərədən baxırsan, evlərdə işıq da yanmır». 

«Bütün hökumətlərin zamanında xalq bu çuxurdan çıxa bilməyib», - cavan satıcı qeyd edir. 

Onun fikrincə, hökumətdən heç bir gözləntisi yoxdur: «Yalnız özümüzdən nəsə gözləyirik».