vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 20 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
10:47 | 27 oktyabr 2016 | Cümə axşamı Məqaləyə 1601 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

48 nəfər xilas olunub

Cənub rayonlarında fövqəladə vəziyyət

MÖVZU İLƏ ƏLAQƏLİ

Fövqəladə Hallar Nazirliyi (FHN) ölkə ərazisində yağan intensiv yağışlar nəticəsində subasma hadisələrilə bağlı təcili tədbirlər həyata keçirib.

FHN mətbuat xidmətindən bildirilib ki, Cənub Regional Mərkəzi, Yanğın Mühafizə və Sularda Xilasetmə xidmətlərinin regional strukturlarının canlı qüvvə və texnikası cəlb olunmaqla Cəlilabad rayonunda su basmış həyət evlərində suçəkmə əməliyyatları aparılıb.

Masallının Təklə kəndində 18 nəfər, Xırmandalı kəndində 30 nəfər təxliyə olunub. İki gecə Nazirliyin bütün yerli strukturlarının əməkdaşları İcra Hakimiyyəti ilə birlikdə bu istiqamətdə iş aparıb.