vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
21:04 | 26 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 2824 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kəmaləddin Heydərov Məsud Kərbasianı qəbul etdi

Fövqəladə Hallar Nazirliyində İranın iqtisadi işlər və maliyyə naziri ilə görüş olub

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri, iki ölkə arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian ilə görüşüb.

APA TV-nin xəbərinə görə, qonaqları səmimi salamlayan nazir Kəmaləddin Heydərov Məsud Kərbasianı Dövlət Komissiyasının həmsədri təyin olunması münasibətilə təbrik edərək uğurlar arzulayıb.

Nazir ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu və bu əməkdaşlığın genişlənməsində dövlət başçılarının səfərlərinin və keçirilən görüşlərin böyük rol oynadığını diqqətə çatdırıb. Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində də iki ölkə arasında sıx əməkdaşlığın mövcudluğunu vurğulayan fövqəladə hallar naziri gələcəkdə də sözügedən sahədə qarşılıqlı fəaliyyətin davam etdiriləcəyinə əmin olduğunu bildirib.

Səmimi qəbula görə təşəkkürünü bildirən İranın iqtisadi işlər və maliyyə naziri Məsud Kərbasian təbii fəlakətlərlə üzləşdikləri zaman Azərbaycan tərəfindən göstərilən yardımları böyük minnətdarlıq hissi ilə xatırladıqlarını bildirib və qardaş köməyinə görə təşəkkür edib. İranlı nazir iki ölkə arasındakı iqtisadi əməkdaşlığın yüksək səviyyəsindən söz açıb və bu münasibətlərin daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.