vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
OLAY  
19:00 | 27 oktyabr 2016 | Cümə axşamı Məqaləyə 2075 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İşçiləri etiraza qalxıb

««Çudo Peçka»nın sahibi ölkədən qaçmağa hazırlaşır»

Namidə BİNGÖL

MÖVZU İLƏ ƏLAQƏLİ

«Çudo Peçka» mağazalar şəbəkəsində çalışan işçilər 8 aydır ki, əmək haqlarını ala bilmirlər. İşçilər Modern.az saytına açıqlamalarında şirkətin rəhbəri Anar Cəlilovun buna görə məsuliyyət daşıdıqlarını deyiblər.

«8 aydır ki, əmək haqlarımızı ala bilmirik. Dəfələrlə Anar Cəlilova etirazımızı bildirmişik. Bizə deyir ki, «3 gündən bir gəlib 20 manatınızı alıb gedin. Sizə 2000 manatı birdəfəlik verən deyiləm». Onun 3 gündən bir təklif etdiyi 20 manatla nə etmək olar? Kirayədə qalanlarımız var. İşığın, qazın pulunu necə verək? Necə dolanaq 20 manatla?».

İşçilər «Çudo Peçka»nın müflis olduğunu da bildiriblər.

««Çudo Peçka» şirniyyat mağazaları şəbəkəsi çökmək üzrədir. Anar Cəlilov da çox yaxşı bilir ki, biznesi çökür. Ölkədən qaçmağa hazırlaşır. Ona görə də işçilərin əmək haqlarını verməyi düşünmür».

İşçilər bir neçə yerə şikayət edəcəklərini də deyiblər.

Qeyd edək ki,  baş verənlərlə bağlı «Çudo Peçka» mağazalar şirkətinin sahibi Çingiz Çəlilovun oğlu Anar Cəlilov polis bölməsinə çağrılıb.

Xatırladaq ki. Anar Cəlilov daha əvvəllə müğənni Röyanın keçmiş həyat yoldaşı kimi tanınmışdı.