vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
OLAY  
11:41 | 28 oktyabr 2016 | Cümə Məqaləyə 2021 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«3 gündən bir 20 manat»

«Çudo Peçka»da qalmaqal böyüyür

MÖVZU İLƏ ƏLAQƏLİ

«Çudo Peçka» mağazalar şəbəkəsində çalışan işçilər 8 aydır ki, əmək haqlarını ala bilmirlər. İşçilər şirkətin rəhbəri Anar Cəlilovun buna görə məsuliyyət daşıdıqlarını bildiriblər.

«8 aydır ki, əmək haqlarımızı ala bilmirik. Dəfələrlə A.Cəlilova etirazımızı bildirmişik. Bizə deyir ki, «3 gündən bir gəlib, 20 manatınızı alıb gedin. Sizə 2000 manatı birdəfəlik verən deyiləm». Onun 3 gündən bir təklif etdiyi 20 manatla nə etmək olar? Kirayədə qalanlarımız var. İşığın, qazın pulunu necə verək? 20 manatla necə dolanaq?»

İşçilər «Çudo Peçka»nın müflis olduğunu da qeyd ediblər:

«Çudo Peçka» şirniyyat mağazaları şəbəkəsi çökmək üzrədir. Anar Cəlilov da çox yaxşı bilir ki, biznesi çökür. Ölkədən qaçmağa hazırlaşır. Ona görə də, işçilərin əmək haqlarını verməyi düşünmür».

İşçilər bir neçə yerə şikayət edəcəklərini də deyiblər.

Qeyd edək ki, baş verənlərlə bağlı «Çudo Peçka» mağazalar şirkətinin sahibi Çingiz Cəlilovun oğlu A.Cəlilov polis bölməsinə çağrılıb. (modern.az)