vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
DÜNYA  
20:26 | 1 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 1547 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

2 milyon yəmənli acdır

10 mindən çox uşaq yoluxucu xəstəlikdən həlak olub

MÖVZU İLƏ ƏLAQƏLİ

BMT-nin humanitar yardım idarəsinin rəhbəri Stefen Obrayan BMT Təhlükəsizlik Şurasında qeyd edib ki, 370 mini uşaq olmaqla 2 milyon yəmənli acdır.

5 yaşından aşağı 10 mindən çox uşaq isə qarşısı alına bilən yoluxucu xəstəliklərdən həlak olub. Ölüm hallarının çoxu peyvənd və müalicənin olmamasına görə baş verib.

Ötən il Yəməndə müharibə başlayandan bəri ərzaq qiymətləri 20 faiz artıb və Səudiyyə Ərəbistanının tətbiq etdiyi blokada ölkəyə ərzaq gətirilməsini çətinləşdirib. Ölkə münaqişədən öncə ərzaq ehtiyatının 90 faizini idxal edirdi.

Obrayan habelə Yəməndə vəba xəstəliyinin yayılmağa başlamasına dair xəbərdarlıq edib.

BMT və humanitar yardım tərəfdaşları ölkədə 21 vəba müalicə mərkəzi təsis etsə də, bu, xəstəliyin yayılmasının qarşısını almaq üçün yetərli olmaya bilər.