vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
20:10 | 3 noyabr 2016 | Cümə axşamı Məqaləyə 927 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakının barışdırıcılıq missiyası

İsrailli politoloq: «Azərbaycana İranla İsrail arasında vasitəçilik təklif edilə bilər»

Ceyhun NƏCƏFOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Baş nazir Binyamin Netanyahunun Azərbaycana səfəri, sözsüz ki, Azərbaycan-İsrail münasibətlərində görkəmli hadisəyə çevriləcək.

Bunu virtualaz.org-a müsahibəsində məşhur israilli politoloq, Tel-Əviv Universitetinin təhlükəsizlik problemləri mili tədqiqatlar institutunun elmi əməkdaşı, İsrailin Rusiyada və Ukraynada keçmiş səfiri Tsve Magen deyib.

Onun fikrincə, iki ölkə arasında münasibətlər strateji xarakter daşıyır və bir çox sahələrdə, o cümlədən müdafiə sahəsində daha sıx əməkdaşlığın qurulmasını zəruri edir.

Ekspert bildirib ki, qonşuları və müsəlman ölkələri ilə heç də həmişə yaxşı münasibətlər qura bilməyən İsrail üçün Azərbaycanla münasibətlər xüsusi önəm kəsb edir. Həmçinin İsraildə çox nüfuzlu Azərbaycan diasporu fəaliyyət göstərir, eyni zamanda Azərbaycanda yəhudi diasporu sülh və əminamanlıq şəraitində yaşayır.

Tsve Magen Azərbaycanın Rusiya və Türkiyə arasında uğurlu vasitəçilik təcrübəsini qeyd edərək bildirib ki. bir sıra regional və geosiyasi münaqişələr öz həllini tapdıqdan sonra Azərbaycana İsraillə İran arasında münasibətlərin normallaşdırılması üzrə vasitəçilik missiyası təklif oluna bilər.