vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 16 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
QARABAĞ  
12:01 | 5 noyabr 2016 | Şənbə Məqaləyə 1743 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Erməni komandirdən etiraf…

«Talışı yenidən məskunlaşdırmaq mümkün deyil»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan parlamentinin keçmiş deputatı və Səhra komandiri Vaan Badasyan Talış kəndinin yenidən məskunlaşdırılcağı ilə bağlı səslənən fikirlərə münasibət bildirib. Modern.az Ermənistan KLİV-nə istinadən xəbər verir ki, keçmiş deputat bu addımın qeyri-real olduğunu deyib.

«Talışı yenidən məskunlaşdırmaq yox, itirilmiş mövqeləri geri qaytarmaq lazımdır. Birincisi biz mövqelərimizi geri itirərək bütöv kəndi boşaltmağa hazır idik. Digər tərəfdən necə məskunlaşdırmaq - ərazi götürərək ora Talış adı vermək? Bu çox böyük səhv olardı. Əgər sakinləri köhnə yerində yerləşdirmək istəyirlərsə, ora Azərbaycan ordusu tərəfindən görülür. Mən məskunlaşdırmaya o zaman razı olaram ki, bu cür bəyanat verənlər öz ailələri ilə birlikdə düşmən tərəfindən aydın görülən ərazilərə köçsün və digər sakinlərə nümunə olsunlar. Talışı məskunlaşdırmaq mümkün deyil».