vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
MEDİA-QHT  
14:15 | 10 noyabr 2016 | Cümə axşamı Məqaləyə 2254 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Deputat jurnalisti ziyarət etdi

Zabil Müqabiloğlu bu gün əməliyyat olunacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilən tanınmış jurnalist Zabil Müqabiloğlunun vəziyyəti ağır olaraq qalır. Z.Müqabiloğlu noyabrın 7-də səhər saatlarında kəskin daxili qanaxma ilə 1 saylı Kliniki Xəstəxanaya çatdırılıb. Onun qara ciyərinin fəaliyyətində problem yarandığı üçün qida borusunda damar partladığı məlum olub. İlkin diaqnoz müəyyən edilərkən onun qara ciyərinin sıradan çıxdığı və dəyişdilməli olduğu bildirilib. (modern.az)

İlkin əməliyyatla jurnalistin daxili qanaxmasının qarşısı alınıb. Amma həkimlər növbəti güclü qanaxmaların olmaması üçün damarların açıq əməliyyatla tikilməsi qənaətinə gəliblər.

Bu gün Zabilin üzərində növbəti əməliyyat aparılacağı gözlənilir. 

Zabilin qaraciyər transplantasiyasına ehtiyacı var. Həkimlər deyirlər ki, Zabil Müqabiloğlunu qaraciyər donoru və bahalı cərrahiyyə əməliyyatı vasitəsilə xilas etmək mümkündür. Jurnalistin isə buna maddi imkanı çatmır…

Bu arada millət vəkili Qənirə Paşayeva Zabil Müqabiloğlunu ziyarət edib, ona bugünkü əməliyyat öncəsi ürək-dirək verib.

Z.Müqabiloğlu uzun illər «Yeni Müsavat» qəzetində redaktor vəzifəsində çalışıb. Son illər isə təsisçisi olduğu «Gunxeber.com» saytına rəhbərlik edib.

Zabil Müqabiloğlu Zəngilan rayonundan məcburi köçkündür, Bakıdakı yataqxanalardan birində məskunlaşıb, evlidir, 1 azyaşlı oğlu var.