vaxtlı-vaxtında oxuyun! Cümə, 20 sentyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
MEDİA-QHT  
16:19 | 5 iyul 2019 | Cümə Məqaləyə 540 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Zabilin yoxluğu böyük itkidir”

Mətbuat Şurasının təşəbbüsü ilə mərhum jurnalistə həsr olunmuş kitabın təqdimatı keçirilib

MÖVZU İLƏ ƏLAQƏLİ

İyulun 4-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə istedadlı jurnalist Zabil Müqabiloğlunun xatirəsinə həsr olunmuş konfrans keçirilib.

Mərhum jurnalistlə bağlı “Son zəng” kitabının da təqdim olunduğu toplantıda qələm sahibinin əzizləri, dostları və həmkarları iştirak ediblər.

Toplantıda çıxış edən MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Z.Müqabiloğlunu özünə xas yaradıcılıq üslubu olan jurnalist kimi xarakterizə edən cəhətlərdən söz açıb. Ə.Amaşov bildirib ki, ölkənin bir sıra aparıcı kütləvi informasiya vasitələrində çalışmış Z.Müqabiloğlu özünün zəhmətkeşliyi ilə yanaşı, həm də vətənpərvərliyi ilə də nümunə olub. “Mərhum həmkarımız Vətən, torpaq niskilini də qəlbində daşıyan biri idi. Bu cəhət onun yaradıcılığına da təsir göstərirdi. Zabil həm də ictimai-siyasi proseslərə məxsusi yanaşma tərzi ilə də seçilirdi. Əlbəttə, dostlarının, həmkarlarının nəzərində o, qayğıkeş, səmimi biri idi. Zabilin yoxluğu həqiqətən böyük itkidir”, - deyə deputat əlavə edib.

Çıxış edənlər Z.Müqabiloğluna həsr olunmuş kitabın ərsəyə gəlməsini yüksək qiymətləndirərk bu qədirbilənliyi jurnalistin ruhuna ehtiram nümunəsi kimi dəyərləndirdilər. Onlar jurnalistin həyat yolu ilə bağlı fikirlərini, xoş xatirələrini bölüşdülər.

Qeyd edək ki, Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. 2017-ci il fevralın 26-da dünyasını dəyişib.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *